Donuz qripinə görə TDU və İlia Universitetində final imtahanları 10 gün təxirə salınıb
Tbilisi İvane Cavaxişvili adına Dövlət Universiteti və İlia Universitetindən bildirirlər ki, donuz qripi virusunun təhlükəsinə görə 11 yanvara planlaşdırılmış final imtahanları 21 yanvara qədər təxirə salınıb.
Bu haqda məlumatı tələbələrə universitetlər göndəriblər.

Qrip təhlükəsinə görə 21 yanvara qədər tədris məktəblərdə də təxirə salınıb. Bundan əlavə istirahət günləri Tbilisi uşaq bağçalarında da uzadılacaq.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google