11 yanvar üçün ulduz falı
Qoç
- sakit, ümumən pis olmayan gündür. Böyük uğurların olacağını
düşünməyin. Başladığınız işləri bitirin. Əməkdaşlığın
perspektivləri ilə bağlı məsələləri işgüzar tərəfdaşlarla müzakirə
edin.
Buğa - yeni işlər və layihələr üçün pis gün deyil. Hansısa sifarişi
yerinə yetirmək və ya layihəyə başlamaq istəyirsinizsə, bunu
təkbaşına etməyin. Yardıma ehtiyacınız var.
Ambisioz planlar qurmaq olar. Karyer inkişafı məsələlərini işdə
rəhbərliklə, yaxud da nüfuzlu insanlarla müzakirə etmək olar.
Əkizlər - peşəkar fəaliyyət baxımından əlverişli gündür. İşdə ciddi
uğurlara nail ola bilərsiniz. Qarşınıza dəqiq və real məqsədlər
qoyun. Vaxtınızı, səylərinizi boş işlərə xərcləməyin. İşləri ikinci
dərəcəli və əsas məsələlərə ayırın. İşgüzar danışıqlar, nüfuzlu
insanlar, ictimai və siyasi həyatda iştirak üçün uğurlu
gündür.
Xərçəng - mürəkkəb və qarışıq gündür. Yaranmış situasiyanı dürüst
qiymətləndirin. Sonradan fəsadlarının aradan qaldırılması çətin
olan səhvlərə yol verməyin.
Təhsildə, informasiyanın əldə olunmasında problemlər yarana bilər.
Nüfuzlu insanlarla görüş, danışıqlar, müzakirələr, yeni
anlaşmaların nəzərdən keçirilməsi məsləhət deyil.
Şir - qarşınızda yeni üfüqlər açan, yeni imkanlar yaradan əlverişli
gündür. İşgüzar danışıqlarda aktiv olun. Görüşdüyünüz insanlarda
özünüzlə bağlı xoş təəssürat yaratmağa, müsbət rəyin formalaşmasına
çalışın.
Qız - günün ilk yarısı uğuruludur. Yeni layihəyə başlamaq, müstəqil
fəaliyyət və ya birgə işlərə qatılmaq üçün yaxşı gündür.
Təşəbbüskar və aktiv olun. Yaranan çətinlikləri dəf edin, sədləri
aşın. İşgüzar səfər və səyahətlər uğurlu olacaq.
Tərəzi - kiçik problemlər və xırda çətinliklər yaransa da, ruhdan
düşməyin, narahat olmayın. Məqsədə doğru irəliləyişin yollarınını
bilirsiniz. Baş verən hadisələrdən asılı olmayaraq nikbin davranın.
Özlərinə əmin olmayan insanlar sizə can atırlar. Onlara mənəvi
dəstək verin, ruhlandırın.
Əqrəb - mürəkkəb, gərgin gündür. Əhvalınız sürətlə dəyişə bilər.
Heç bir lüzum olmadığı təqdirdə mənfi emosiyaların burulğanına
düşməyin. Gərginliyi artırmayın, mübahisələri böyütməyin.
Münasibətlərdəki çətin məqamları daha da ağırlaşdırsanız, düşmənlər
və rəqiblərinizin sayı daha da artacaq.
Oxatan - uğursuz, çətin və qarışıq gündür. Fəqət, yaranan
çətinlikləri əvvləki günlərdən fərqli olaraq daha qətiyyətlə və
sürətlə dəf etməyə çalışın. Adi uğursuzluqları ürəyinizə salmayın.
Maliyyə çətinlikləri ola bilər. Məntiqsiz və ehtiyac duyulmayan
xərclərə yol verməyin.
Oğlaq - sizi təbdən çıxarmaq çox asanlaşıb və bədxahlar bundan
maksimum dərəcədə istifadə etmək istəyirlər. Başqa vəziyyətdə əsla
yol verməyəcəyiniz səhvlər edirsiniz. Soyuqqanlı və sakit olun.
Təxribatlara uymayın. Qərar qəbul edəndən sonra isə bunu etibar
etdiyiniz insanlarla müzakirə etməyi unutmayın.
Dolça - qarşınıza qoyduğunuz məqsədə bəlli çətinlikləri dəf edəndən
sonra çatacaqsınız. Asan uğurlar olmayacaq. İşdə kiçik problemlər
yaşanacaq. Sizin üçün mühüm proseslərdən birində ləngimə olacaq.
Səbrli və təmkinli davranın.
Balıqlar - işlərinizin nəticələrini və məziyyətlərinizi yaxın
ətrafınızdakı insanların görmədiyini düşünərək özünüzü reklam
etməyin. Belə davranış həmişə effektiv olmur.