14 yanvar üçün ulduz falı
Qoç - istiqaməti
və kursu dəqiq bəlli olmayan gündür. Mürəkkəb işlərə başlayaraq
ağır vəziyyətə düşməyin. Amma yüngül işlər də sizi məcradan çıxara
bilər. Təhlükəsizlik və
komfort zonasını seçərək ifrata
varmayın.
Buğa - sakit gündür. Önəmli, çox əhəmiyyətli heç nə baş verməyəcək
zamandır. Rezonanslara aludə olmayın. Yeni birgə layihənin və
əməkdaşlığın hələlik zəf konturları yaranırsa, münasibətlərin
dərinləşdirilməsi, yeni əlaqələrin yaradılması məsləhətdir.
Əkizlər - nəticələr gördüyünüz işin həcmindən və intensivliyindən
asılıdır. Öhdəlikləri yerinə yetirin, vədləri unutmayın. Yarımçıq
işlər qalıbsa, yeni layihəyə başlamağa tələsməyin. Sizə yaxın
insanla danışın, problemli ünsürdə müəyyənliyə nail olun.
Xərçəng - təşəbbüskar olun, yeni işlərdə aktivlik nümayiş etdirin.
Münasibətlər, onların nüansları və qapalı məqamları sizin üçün
xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Yaxın ətrafınızdakı
insanların sizin empatiyanız, müdrikliyiniz, səbrinizə ehtiyacı
var.
Şir - bir qədər ehtiatlı və sayıq davranın. Sizi iradənizə rəğmən
avantüraya cəlb edə bilərlər. Uğursuz sərmayə, mənasız alış-veriş,
çoxlu qüvvə və səy tələb edərək gizlənilən nəticəni verməyən iş
riski var.
Qız - maraqlarızın təminatı izafi xərclər tələb edə bilər. Ailə
üzvləriniz xüsusi diqqət tələb edir.
Sevdiyiniz insana jest edin, onu sevindirin. Ümid bağladığınız
insandan cavab addımı çox gözləməli olacaqsınız.
Tərəzi - alış-verişdə bədxərclik etməyin. Tamahınıza və
istəklərinizə hakim olun. İndi baha qiymətə aldığınız əşyanı bir
qədər sonra ucuz qiymətə ala bilərsiniz.
Mümkün qədər çox yeni məlumatlar əldə etməyə can atın. Təmas
çevrənizi məhdudlaşdırın. Gün faydalı ola bilər. Ünsiyyətdə
olacağınız insanları diqqətlə seçməyə çalışın.
Əqrəb - nəzərdə tutduğunuzdan artıq ünsiyyətdə olmaq
məcburiyyətindəsiniz. Eyni vaxtda bir neçə istiqamətdə qarşılıqlı
əlaqələrdə olun. Yaxın ətrafınızdakı insanların sizinlə bağlı
gözləntiləri çoxdur. Onlar diqqətinizin yayınmamasını istəyirlər.
Diqqətli olun, çox danışmayın. Gərəkli insanlara zəng edin.
Oxatan - fəaliyyət tempini bir qədər azaldın, ətrafınızda baş verən
hadisələri diqqətlə izləyin. Aktiv olun, bəzi şəxslərə öz
şərtlərinizi diqtə edin. Kiməsə hamilik etmək cəhdləriniz
narazılıq, sizdən yararlanmaq istəkləri yarada bilər. Etibar
etdiyiniz adamlardan biri sizə xəyanət edə bilər.
Oğlaq - günün potensialı az deyil. Rifahınıza və ya yaşamınıza
təsir edə biləcək dəyişikliklərə fikir verin.
Ailənin yaşlı üzvlərinin maraqlarına diqqətlə yanaşın. Kimlərinsə
sizi istismar etməsinə imkan verməyin.
Sizdən yararlanmaq istəyən insan üçün nə etsəniz də, az
sayacaq.
Dolça - bu gün sizi yoracaq. Yaxın ətrafınızdakı insanların sizinlə
bağlı ciddi gözləntiləri və tələbləri var.
İşlərin bir hissəsini inandığınız insana həvalə edin. Ünsiyyətlə
baş qatmayın, çalışın. Yaşam arealında qayda yaradın. Layihənin və
ya başladığınız işin təfərrüatlarını nizamlayanda səbrli olun.
Balıqlar - günlə bağlı planlarınız nə qədər böyük və geniş
miqyaslıdırsa, uğursuzluğa düçar olmaq şansı bir o qədər
çoxdur.
İfrata varmayın.