15 yanvar üçün ulduz falı
Qoç
- pozitiv məzmunlu işlərdə gərginlik hiss olunacaq. İntriqa,
rəqabət, xüsusi gözləntilərinizin olduğu situasiyalardakı
sürətlənmələr sizi tonusda saxlayacaq. Tələskənliyə yol verməyin.
Ünsiyyətdə diqqətli olun. Daxili enerji və ya gərginlik sizi
düşünülməmiş addımlar atmağa vadar edə bilər. Yaxın ətrafınızdakı
insanların mövqelərini qulaqardına vurmayın.
Buğa - nəzərdə tutduğunuz bəzi işlərdə çətinliklər yaranacağına
hazır olun. Əsəbi, kəmhövsələ olmayın. Dəyişikliklərə meylli
qərarlar qəbul etməyin. Tərəfdaş və ya həmkarlardan biri kəskin
iradlarla çıxış edə bilər. Önəmli görüş və ya mühüm danışıqları
sabahadək təxirə salın.
Əkizlər - işgüzar fəallıq üçün əlverişsiz gündür. Planlarınızı
tələsmədən reallaşdırın. Niyyətlərin razılaşdırılması və planların
müzakirəsi ilə bağlı problemlər hiss oluna bilər. Şərtlər və
situasiya sizdən sürətli seçim tələb edir.
Xərçəng - çoxsaylı vədlər və öhdəlikləriniz sizə yeni imkanlardan
yararlanmağa imkan vermir. Ev işləri və məişət qayğıları planlarla
gözləntilər arasında münaqişə yaradır. Əlinizdən gələni edin, amma
bacardığınızdan artığına can atmayın. Münasibət və reaksiyanız indi
fəaliyyətinizdən daha önəmlidir.
Şir - situasiyanı gərəkli istiqamətdə yönləndirmək üçün
stereotiplərdən uzaqlaşın. Həmsöhbətinizin əhvalını hiss edin. Onun
davranışında dəyişkənlik var. Qarşınıza ciddi məqsədlər
qoyubsunuzsa, qətiyyətlə irəliləyin.
Qız - gərginlik, heç bir motivasiyası olmayan əhval dəyişkənliyi və
narazılıq yarana bilər. Yaxınlarınızdan biri aqressiv və dözümsüz
davranırsa, səbrli olun. Kiminsə etiraflar və ya qəfil açıqlamaları
sizdə diskofmort hissi yarada bilər. Lakin bu, cavab axtardığınız
sualın aşkarlanmasıdır. Yaşamın öz qaydalarını diqtə etdiyi
anlardan yayınmaq mümkün deyil.
Tərəzi - gərəkli nəticə əldə etmək üçün qətiyyətli, iradəli olun.
İş və ya layihənizə cəlb etməyə çalışdığınız insanı dilə tutun.
Fəaliyyətinizdə passiv olmayın.
Günün ikinci yarısında təkbaşına, müstəqil fəaliyyət göstərin.
Emosiyalarınızın burulğanına düşməyin. Situasiyanın gərildiyini
hiss etsəniz, səbrli olun. Planlaşdırdığınız işi tamamlayın. Qəfil
xəbərlər sizə maraqlarınızın çərçivəsində yeni tərəfdaşlıq vəd
edir.
Əqrəb - hisslərinizi araşdırın. "Köhnə yara"ların qövr etməsi
istisna deyil. Belə zamanda mümkün narazılıqdan, emosiyaların
kəskinləşməsindən qorunmaq çətindir. Əsəbi olmayın, yaşananların
məğzini anlamağa çalışın.
Oxatan - təxəyyülünüz bu gün sizə yardım etməklə yanaşı, problemlər
də yarada bilər. Hər şey məşğul olacağınız işdən asılıdır. Rutin və
yeknəsək işlər planlamayın. Sizi sürprizlər və tapıntılar gözləyən
yaradıcı işlər daha önəmlidir.
Oğlaq - öhdəlikləriniz, verdiyiniz vədlərin yerinə yetirilməsini,
ev işlərinin görülməsini unudaraq yaxın ətrafınızdakı insanların
maraqlarının təminatına can atmayın. Ümumi planlarınızı
reallaşdırmaq istəyirsinizsə, təmkinli və soyuqqanlı olun.
Dolça - tələskənlik, dağınıqlıq, nevroz davranış yolverilməzdir.
İnformasiya axtarışı, çətin intellektual məsələnin həlli ilə ciddi
məşğul olsanız, məhsuldar gündür. Çərçivə nə qədər dar, vaxt nə
qədər azdıra - səyləriniz və zəhmətiniz bir o qədər effektiv
olacaq.
Balıqlar - görüləsi işlər və aldığınız tapşırıqlar artır. Yeni
planlar var. Amma çin olmamış arzular, gerçəkləşməyən ümidlər
hərəkətinizi yavaşıda bilər. Pis xəbərin alınması, harasa
yollanaraq hansısa problemin həll edilməsi ehtiyacının yaranması
mümkündür.