Baş nazir 17 yanvarı matəm günü olaraq elan edib
Gürcüstanın baş
nazirinin qərarı ilə Tbilisidə təbii qazın sızması nəticəsində baş
vermiş faciəyə görə 17 yanvar matəm günü elan
edilib.
Müvafiq sərəncamı hökumət başçısı bir az əvvəl
imzalayıb.
Sərəncama əsasən matəm günü ilə bağlı Gürcüstan ərazisində bütün
dövlət binalarında və xaricdə yerləşən Gürcüstanın diplomatik
nümayəndəliklərində dövlət bayraqları endiriləcək.