Əliyev və başqa rəsmilərlə görüş – Gürcüstan nümayəndə heyəti Davosda
Gürcüstanın baş
naziri Mamuka Baxtadze Davos İqtisadi Forumu çərçivəsində
siyasətçilər, şirkət və korporasiya rəhbərləri ilə
görüşür.
Tərəflər Gürcüstanın iqtisadi potensialı və
gələcək əməkdaşlığı müzakirə edirlər.
Belə görüşlərdən biri Azərbaycan prezidenti İlham Əliyevlə baş
tutub. Görüşdə xarici işlər naziri Davit Zalkaliani də iştirak
edib. Baş nazirin mətbuat xidmətinin məlumatına görə, Mamuka
Baxtadze Əliyevlə iki ölkə arasındakı strateji əməkdaşlıq və ortaq
nəqliyyat və infrastruktur layihələrini müzakirə ediblər. Görüşdə
transatlantik boru kəməri, həmçinin, Bakı-Tbilisi-Qars dəmiryolu
layihəsi haqqında söhbət açılıb və bu baxımdan Gürcüstan və
Azərbaycanın tranzit potensialı müzakirə olunub.
“Ticarət dövriyyəsinin daha da artırılması
perspektivləri və Gürcüstan və Azərbaycan biznesləri arasında
əlaqələrin daha da fəallaşdırılmasına diqqət
yönəldildi”, – hökumət administrasiyasından
bildirilir.