28 yanvar üçün ulduz falı
Qoç
- günün ilk yarısında aktiv və əzmlə çalışın. Yeni işə başlamaq
olardı, amma yarımçıq işlər bitirilməyi tələb edir. Problemlər sizi
narahat edir, amma ruhdan düşməyin. Nigarançılığa qapılıb süst
davranmayın.
Buğa - günün ilk yarısından etibarən aktiv olun. Rasional
ideyalarınız bol olsun. Başqa vaxt xeyli səy və zaman tələb edə
biləcək problemi indi sürətlə çözürsünüz. Alış-verişdə qəanətli
olun, pulları mənasız əşyaların alınmasına sərf etməyin.
Əkizlər - yaşananları müsbət dəyərləndirin. Mühüm saydığınız
işlərlə məşğul olun, boş söhbətlərə vaxt sərf etməyin. Səfər,
dövlət qurumlarına baş çəkərək problemlərin həlli üçün əlverişli
gündür. Bir şərtlə ki, cari məsələlərlə diqqətlə məşğul
olasınız.
Xərçəng - imic və səhhətinizin qayğısına qalın. Yaşam tərziniz və
xarici görünüşünüzdə nəyi dəyişmək barədə düşünün, fəaliyyətə
başlayın.
Məsləhət və təcrübə mübadiləsində fayda var.
Şir - ayın ən önəmli və vacib günlərindən biridir. Yalnız öz
qüvvənizə, imkanlarınıza, bacarığınıza arxalanın. Bağlı qapıları
aça bilərsiniz. Maliyyə məsələlərini nəzərdən keçirin.
Tərəfdaşlarla münasibətdə sayıq və həssas olun. Qarşı tərəfdən
diqqət gözləməyin. Ünsiyyət dairəsini elə seçin ki, gün sizə
gərəkli emosiyalar versin, müsbət əhval yaratsın.
Qız - pozitiv gündür. Yaxın ətrafınızdakı insanlardan birinin
təşəbbüslə çıxış etməsini gözləyin. Toplantı, kollektiv və ya
qrupda ünsiyyət üçün yaxşı zamandır. Sizi diqqətlə dinləyəcəklər.
Ətrafınızdakı insanlar sizi anlamağa çalışırlar, qərarlarınıza
rəğbətlə yanaşırlar. Kompromisə asanlıqla nail olmaq mümkündür.
Tərəzi - öz "dalğa"nızda olun. Ətalətli və tənbəl olmasanız, gün
sizi sevindirəcək. Maraqlarınızı təmin etməyə çalışın. Sürprizlər,
etiraflar, hədiyyə ola bilər.
Rəğbət bəslədiyiniz insana yardım edin.
Ənənəvi yaşam tərzinizi dəyişəcək addımlar atmayın, qərarlar
verməyin. Münasibətlərdəki harmoniyanı spontan açıqlıq və etirafla
pozmayın.
Əqrəb - peşəkar fəaliyyətlə bağlı məsələlərlə məşğul olun,
əməkdaşlığı genişləndirin, yeni əlaqələr qurun. Maliyyə
məsələlərini müzakirə edin, borcları qaytarın. Nə isə verəndə nə
isə alırsınız.
Oxatan - yaşam tempi sürətlənir. Qəfil xəbərlər və gözlənilməz
dəyişikliklər sürətlə əvəzlənir. Sözlərinizdə və əməllərinizdə
qətiyyətli, ardıcıl olun. Yaşam məkanında köklü dəyişikliklər
etməyin. Pul qazanmaq, gəlir əldə etmək üçün ciddi səylər, böyük
zəhmət, bütün imkanların səfərbər edilməsi tələb olunur.
Oğlaq - önəmli və xüsusi əhəmiyyəti olan gündür. Yaxın
ətrafınızdakı insanlar sizdən məsləhət almaq istəyirlər.
Tərəfdaş və həmkarlarla münasibətlərə emosiyaların güclü sirayət
etdiyi məqamlarda soyuqqanlı davranın. Enerjiniz çoxdur, işlərdə
sürətlənmə ola bilər. Tapşırılan işləri görün, amma kimsədən yardım
və dəstək istəməyin.
Dolça - hadisələr və xəbərlər əhvalınızı yaxşılaşdıra bilər. Aktiv
tərəfdaşlığa və əməkdaşlığa meylli olun. Özünüzü çətin vəziyyətə
salmadan yerinə yetirə biləcəyiniz həcmdə işləri öhdənizə götürün.
Əvvəllər başladığınız işləri başa vurmadan və vədləri vaxtında
yerinə yetirmədən yeni işlərə başlamayın.
Balıqlar - maliyyə məsələlərinin həllindəki təşəbbüskarlığınız
uğurlu ola bilər. Birgə fəaliyyətə üstünlük verin. Başladığınız
layihələrə pul yatırın. Yeni işdə özünüzü sınamağa
tələsməyin.