29 yanvar üçün ulduz falı
Qoç - tərəfdaş,
həmfikir və dostlarla ünsiyyət üçün yaxşı gündür. Onlar
informasiyanı sizinlə həvəslə bölüşür, yaxşı məsləhətlərə xəsislik
etmirlər. Real yardım da edirlər. Əks cins mənsubu ilə dil tapmaq
bir qədər çətindir. Amma güzəştlər və kompromisləri unutmasanız,
münaqişələrdən yan qaça biləcəksiniz. Ehtiyac yaranarsa, diplomat
olun.
Buğa
- başladığınız bir sıra işlərdə uğur vəd edən gündür. Qüvvə, səy və
vaxtınızı boşuna sərf etməyin. Qarşınıza qoyduğunuz məqsədə doğru
qətiyyətlə hərəkət edin. Heç nə diqqətinizi yayındırmamalıdır.
Gərəkli nəticələrə bəzən dərhal çata bilməyəcəksiniz. Amma dürüst
yolda olduğunuza şübhə etməyin.
Əkizlər - impulsiv davransanız, adi günlərlə müqayisədə daha çox
səhvə yol verəcəksiniz. Dostlar və ailə üzvlərindən biri ilə ciddi
münaqişə ola bilər. Aqressiv və sərt davranmayın, yaxın
ətrafınızdakı insanların əsəbləri ilə oynamayın. Bütün bunlar çox
ciddi səhvlər və problemlərə səbəb ola bilər. Sayıq, sərvaxt,
həssas olun.
Xərçəng - intuisiyanıza güvənin. Necə, hansı istiqamətdə addımlar
atıb qərarlar qəbul etməyin lazım olduğunu təhtəlşüurunuz sizə
deyəcək. Ətrafınızdakı insanlar çaşqınlıq içində olanda siz
qətiyyətli və önəmli addımlar atın. İşgüzar və şəxsi görüşlər üçün
pis gün deyil. Yaxın və uzaq gələcəklə bağlı məsələləri həll edə
bilərsiniz. Minimum informasiyaya malik olsanız da, hadisələrin
hansı yöndə cərəyan edəcəyini müəyyənləşdirməyə çalışın.
Şir - müsbət təmayüllərin təsiri artır. Çoxdan bəri qarşınıza
qoyduğunuz məqsədə çata bilərsiniz. Planları reallaşdırın,
niyyətləri həyata keçirin. Sizə yardım edəcək insanlar var. Kimə
inanmaq, kimdən isə uzaq durmaq gərəkdiyini tez
müəyyənləşdirin.
Aktiv olun, ətalətə qapılmayın. Pəhrizə başlamaq olar. Yeməkdə
məhdudiyyət tətbiq etmək çətin deyil.
Qız - əlverişli və yaxşı gündür. Emosional fon stabilliyi ilə
fərqlənir. Nələrin baş verməsinə fikir verməyərək yaxşı əhvalınızı
pozmayın. Fərqli işlərə başlaya bilərsiniz. Yeni layihələr və
sifarişlər uğurlar vəd edir. Böyük xərclər olacaq. Gözlənilməz
gəlirlər olacaq və pulsuz qalmayacaqsınız.
Tərəzi - günlər arasında ən asan olmayanıdır. Ciddi problemlərlə
qarşılaşacaqsınız. Əsla gözləmədiyiniz zamanda və məkanda
çətinliklər sizi gözləyir. Yaxın ətrafınızdakı insanlar sizə çoxlu
məsləhətlər verir, amma real yardımdan imtina edirlər. Bu səbəbdən
də yolunuzda yaranan sədləri özünüz dəf etməli olacaqsınız. Nəzərdə
tutulmamış xərclər, dəyərli əşyanın itirilməsi riski böyükdür.
Əqrəb - əlverişli, yaxşı gündür. Bilik və bacarıqlarınızdan
istifadə edin. Sizi ilk dəfə görən insanda barənizdə xoş
təəssüratın yaranmasına çalışın. Həmfikirlər və dostlarla bahəm,
yanınızdakı insanların da dəstəyini qazanın.
Gəlirlər və sərfəli sifariş, sövdələşmə istisna deyil. Məişət
texnikası və ya nəqliyyat vasitəsi almaq olar.
Oxatan - günün ilk yarısı uğurludur. Xoş sürprizlərlə
qarşılaşacaqsınız. Yeni işə, mürəkkəb layihəyə başlamaq üçün
əlverişli gündür. Faydalı bacarıq və təcrübəni tezliklə əxz edin.
Karınıza gələcək məlumat alacaqsınız. Plan və istəklərinizi
bölüşərkən sayıq olun. Yaramaz insana sirr verməyin.
Oğlaq - peşəkar fəaliyyətiniz və ya şəxsi münasibətlərinizlə bağlı
mühüm qərar üçün pis gün deyil. Önəmli rol oynaya biləcək bütün
amilləri nəzərə alın. Bu yaxınlarda baş vermiş hadisəni təhlil
edin. Dürüst nəticələr çıxarmağa çalışın. Dünən yol verdiyiniz
yanlışlığın fəsadlarını aradan qaldıra bilərsiniz.
Dolça - istənilən formatlı görüşlər və danışıqlar üçün əlverişli
zamandır. Yeni tanışlıqlarda özünüzü narahat hiss etmirsiniz.
Yalnız etimada layiq insanlara inanın. Sizdən öz məqsədləri üçün
yararlanmaq istəyən insanın məkrli planını pozun.
Aktiv və fəal olun. Alış-veriş, sövdələşmə və anlaşma, danışıqlar
və müzakirə üçün yaxşı gündür. Zərərli vərdişdən əl çəkə
bilərsiniz.
Balıqlar - günün ilk yarısında problemlər, xroniki ağrıların
kəskinləşməsi istisna deyil. Əlavə işlərə başlamayın, fiziki işləri
minimuma endirin. Səfər və ya səyahəti təxirə salın. Yolda çox
yorula bilərsiniz. Üstəlik, nəticələr sizi sevindirməyəcək. Hədiyyə
və gəlir ola bilər.