30 yanvar üçün ulduz falı
Qoç
- soyuqqanlı və məntiqli davranın, hiss və emosiyalarınızın əsiri
olmayın. Peşəkar fəaliyyət müstəvisində qarşılaşdığınız problemlər
ilk baxışdan göründüyü kimi ağır, məşəqqətli deyil. Sualların
çoxunun cavabı üzdədir. İşdə rəhbərliklə, fəaliyyət müstəvisində
nüfuzlu insanlarla dil tapın. Belə olarsa, onlar sizi
dəstəkləyəcəklər.
Buğa - emosional, əsəblərin tarıma çəkiləcəyi gün olacaq. Nə
edəcəyinizi düşünüb çaş-baş qalmayın. Belə vəziyyət diskomfort
yaradır və o, uzun müddət davam etməməlidir. Gərəksiz riskə əl
atmadan ehtiyatlı davranın. Adətlərə, qaydalara, ənənələrə riayət
edin. Özünüzü təhlükəyə atmayın.
Əkizlər - özünüzə yeni çətinliklər yaradıb sonra onları böyük
zəhmət və səy bahasına aşmayın. Gün maraqlıdır. Səylərinizi hədər
yerə sərf etməyin.\
Uzun müddətdən bəri etibar etdiyiniz insanlardan, bel bağladığınız
müttəfiqlərdən biri sizi yanılda bilər. Həmin şəxs vədlərinə əməl
etmir. Narahat olmayın, ruhdan düşməyin, irəliləməyə davam
edin.
Xərçəng - qarışıq, çətin, problemli gündür. Müşküllər qəflətən
yaranır. Fəqət, istənilən hadisə və olaydan faydalanmağa çalışın.
Enerjili və fəal olun. Ətrafınızdakı insanlar da nikbinliyinizdən
ruhlanmalıdır. Birgə fəaliyyət üçün əlverişli gündür.
Səfər və ya səyahətə yollanmaq olar. Pozitiv emosiyalar əldə
edəcəksiniz.
Şir - başladığınız bütün işlərdə uğura nail ola bilərsiniz.
İnadkar, qətiyyətli, əzmkar olun. İlk çətinlikdən sonra geri
çəkilməyin. Ünsiyyətdə səmimiyyət, açıqlıq və dürüstlük sizə yeni
işgüzar tərəfdaşlarla yanaşı, əsl dostlar tapmağa da kömək
edəcək.
Dəvət aldığınız tədbirlərə qatılın. Hadisələrin mərkəzində olun,
baş verənləri diqqətdən qaçırmayın. Ailədə problem yaranarsa,
vəziyyəti sakit və soyuqqanlı şəkildə müzakirə edərək çözün.
Qız - kiçik problemlər və əhəmiyyətsiz müşküllərə fikir verməyin,
onları aşılmaz səddə çevirməyin. Müttəfiq və köməkçi tapacaqsınız.
Nüfuzlu insanlardan dəstək alsanız, irəliləyişiniz
sürətlənəcək.
Təşəbbüs üçün yaxşı gündür. İdeyalarınızı səsləndirin, müzakirə
edin. Problemlərin qeyri-standart həll variantlarını təklif edin.
Bu gün nə qədər çox diqqət cəlb etsəniz, mövqeləriniz bir o qədər
möhkəmlənər.
Tərəzi - əlverişli və maraqlı gündür. Asanlıqla uğur əldə edə
bilərsiniz. Yeni tanışlıqlar peşəkar fəaliyyət və şəxsi
münasibətlər baxımından perspektivlidir.
Başladığınız işləri uğurla bitirməyə çalışın. Çoxdan bəri
reallaşdırmağa çalışdığınız niyyətinizi bu gün həyata keçirə
bilərsiniz.
Əqrəb - özünüzü yaxşı hiss etmək və nikbin çalışmaq üçün aktiv
fəaliyyət göstərin. Bir yerdə oturmayın. Belədə yaxın ətrafınızdakı
insanlar da sizinlə hesablaşacaqlar.
İşgüzar danışıqlar üçün əlverişli zamandır. Siyasi və ictimai
proseslərə maraq arta bilər.
Oxatan - emosional baxımdan çətin gündür. Mövcud problemlərə
yeniləri əlavə olunur. Səbrli olun, təmkinli davranın.
Çətinliklərin sayını könüllü şəkildə artırmayın. Yaxın
ətrafınızdakı insanlarla münasibətlərin axarına rəğmən məntiqli
olun. Sizə rəğbət bəsləyən insanlara şübhə bəsləməyin.
Oğlaq - qətiyyət və inadkarlıq tələb olunan işlərdə uğur
qazanacaqsınız. Risk etmək, yeni işə başlamaq olar. Görüləsi iş ilk
əvvəl çətin, hətta mümkünsüz təsir bağışlasa belə, ruhdan düşməyin.
İnadla çalışsanız, nailiyyətlər əldə edəcəksiniz. Vəziyyət
gərginləşəndə sakit davranmaq, emosiyalara hakim olmaq çətindir.
Soyuqqanlı olun.
Dolça - müsbət təmayüllərin təsiri güclənir. Gün rahat və
uğurludur. Çox çalışın, səy göstərin. Əməyinizin bəhrəsi özünü çox
gözlətməyəcək.
Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Qəbul etdiyiniz
qərarların düzgün və orijinal olmasına çalışın.
Balıqlar - maraqlı görüşlər, məhsuldar danışıqlar günüdür.
Mövqeyinizi həssas şəkildə bildirin. Önəm verdiyiniz insanları
özünüzdən narazı salmayın.