31 yanvar üçün ulduz falı
Qoç
- yaşamın xırdalıqları onları görməmək üçün yetərincə
əhəmiyyətlidir. Sosial təmaslarda onlar gərginliyə səbəb olaraq
münaqişə fonu yarada bilərlər. Gərginliyin "dərman"ı fiziki
aktivlik, yaşam və fəaliyyət arealının nizama salınmasıdır.
Mühüm görüş və danışıqlar üçün əlverişli zaman deyil.
Buğa - bu gün yaşanacaq hadisələrdən biri gərginlik yaradacaq.
Müəyyən qəti qərarlar qəbul edilməlidir, bəzi istiqamətdə
yerdəyişmə olmalıdır.
Dəyişikliklər tərəfdaş münasibətlərinə də aiddir.
Əkizlər - səhər saatlarından etibarən diqqətli və zəhmətkeş olun.
Çoxdan bəri yığılıb qalan və həllinə vaxt tapmadığınız işləri
bitirin. Ani maraqları ön plana çıxarmayın. Kiminləsə mübahisə
edərək mövqelərinizi ona sübuta yetirməyə çalışmayın.
Xərçəng - cari məsələlərin çözülməsi ilə tələsmədən, aramla məşğul
olun. Fəaliyyətinizi aktivləşdirmək və fərqli etmək üçün əlverişli
zamandır.
Danışıqlar aparmaq, qarşı tərəfdə xoş təəssürat yaratmaq, yaranmış
şəraitdə düzgün istiqaməti seçmək indi müstəsna əhəmiyyət kəsb
edir.
Şir - cari məsələlər, həllini tələb edən məqamlar indi ön planda
olmalıdır. Bəzi plan və layihələrə yenidən baxmaq zamanıdır. Proses
başlayıbsa, dayandırmayın. Əlavə işlər görmək, təşkilati məsələləri
həll etmək olar.
Borcları qaytarın, mövcud hesabları ödəyin. Özünüzü rahat və əmin
hiss edin.
Qız - yaxın gələcəkdə həll etməli olduğunuz problemlər və
məsələlərin ərəfəsidir. Planlar qurun, müsbət dəyişikliklərə şübhə
etməyin.
Praktik olun, amma yaradıcılıq ideyalarını unutmayın. Təfərrüatlara
yetərincə fikir verin, mühüm olan heç nəyi nəzərdən qaçırmayın.
Tərəzi - təmayülləri hiss edin, cari işlərdə qayda yaradın.
Verdiyiniz vədləri yerinə yetirin. Sizinlə bağlı gözləntilər
çoxdur. Sizə perspektivdə daha ciddi işlərlə məşğul olmağa imkan
verəcək şərait yaradın, problemləri aradan qaldırın.
İstədiyinizi yox, lazım olan işi görün.
Əqrəb - işlərdə yeni ritm tələb edən dəyişikliklərdə təkan və
irəliləyişi təmin edəcək yeniliklərə diqqət yetirin. Əməkdaşlığı
düzgün qurun, işləri paylaşdırın. Başqaları ilə müqayisədə dominion
yox, bərabər möve tutsanız da, səmimi olun.
Bəzi məqamlarda hadisələri qabaqlamağa çalışın. Situasiya sizdən
proseslərin anlamını, situasiyanın məğzini başa düşməyi tələb
edir.
Oxatan - yeni işlər hazırlayın, maraqlandığınız və sizin üçün
əhəmiyyət kəsb edən ideyalarla layihələrin reallaşmasına
çalışın.
İşlərə səthi yanaşma yolverilməzdir.
Oğlaq - əsas diqqəti praktiki işlərə yönəldin. Yaşam arealını
qaydaya salmaq üçün şans yaranıb. Yarımçıq qalmış işləri
bitirin.
Yaşamınızda yaranan mövzulara fikir verin. Hazır olmadığınız işi
yenidən görməyə çalışmayın. Təşəbbüs qıtlığı olduğu zamanda real
uğurlar üçün yetərincə səbrə malik insanların dəstəyini almaq
gərəkdir.
Dolça - aktiv və məhsuldar fəaliyyətə can atın. Kiçik problemlərə
görə qıcıqlanmayın. Ətrafınızdakı insanları sərt tənqid etməyin.
Kiçik, amma konkret nəticəyə hesablanmış işlər görün. İşdə
rəhbərlik sizə çətin tapşırıq verə bilər.
Ümumi işdəki iştirakınızı münaqişə olmadan müəyyənləşdirin.
İstirahət üçün yetərincə vaxt saxlayın. Əlahiddə ehtiyac olmadan
təşəbbüsə əl atmayın. Eşitdiklərinizə ciddi yanaşın.
Balıqlar - kiçik işlər görün, qənaət rejimində çalışın. İşlər çox,
vaxt azdırsa, tərəfdaş və ya dostunuzu prosesə cəlb edin. Mümkün
qədər az müzakirələr edin. Yalnız yeni və faydalı nə isə əxz edə
biləcəyiniz söhbətlərə qatılın.