Qoç
- sizi, gerçəkdən də, maraqlandıran işlə məşğul olaraq ikinci
dərəcəli işləri təxirə salın. İctimai işlərdə iştirak edin,
xeyriyyə layihələrinə qatılın. Faydalı və gərəkli prosesi
reallaşdırın.
Buğa - günün müsbət yönləri az deyil. Lakin ünsiyyətdə problemlər
yaranacaq. Təmasda olduğunuz insanları anlamağa çalışın ki, çox
kiçik məsələlərə görə mübahisələr alovlanmasın. Ünvanınıza söylənən
istənilən irada sərt və qıcıqlı reaksiya verməyin. Konstruktiv
tənqidə inciməyin.
Əkizlər - narahatlıq və nigaranlıq üçün səbəblər yox deyil. Lakin
fəlakət saydığınız məsələ əslində xırda problemdir. Bədxahların
bütün səylərinə rəğmən peşəkar fəaliyyət müstəvisində fəal olun.
Orijinal addım və qeyri-standard həll tələb edən məsələlərdə uğur
qazanacaqsınız.
Xərçəng - günü planlaşdırma ilə başlayın. Təbii, bu ən sevdiyiniz
məşğuliyyət deyil - amma məqsəd və tapşırıqların dəqiqləşdirilməsi
olmadan gün ağır olacaq.
Mənfi təmayüllərə sinə gərməyin yeganə yolu əvvəlcədən seçdiyiniz
fəaliyyət məcrası və davranış modelinə riayət etməkdir.
Şir - gün uğurlu alınacaq. Dürüst qərarlar qəbul edin. Diqqət və
səliqə tələb olunan işlərdə kobud səhvlərə yol verməyin.
Təxəyyülünüzü işə salın, aktiv davranın. Məlumat almaq, təhlil
etmək və yaymaq, habelə hesabat və biznes-planlar hazırlamaq üçün
əlverişli gündür.
Qız - müsbət təmayüllərin təsiri güclüdür. Günün ilk yarısında
çətinliklər yarana bilər. Onlar sizin gərəkli olan işlə məşğul
olmamaq istəyinizlə bağlıdır. İfrat dərəcədə şübhəli olmayın. Yaxın
ətrafınızdakı insanların sizə təmənnasız yardım etmək istədiklərinə
inanın.
Tərəzi - adi günlərlə müqayisədə işgüzar aktivlik səviyyəsini aşağı
salmayın. Astagəl olmayın, məhsuldar çalışın. Həmkarlarınız,
rəhbərlik, tərəfdaşlar sizi tələsdirəndə qıcıqlanmayın. Münaqişə
yaratmayın. Problem varsa, onu vəziyyət ciddiləşməmiş həll
edin.
Əqrəb - işgüzar tərəfdaşlarla ünsiyyətdə problemlər yarana bilər.
Sözləriniz yanlış anlaşılır, ortaq məxrəcə gəlmək çətinləşir. Şəxsi
münasibətlər və rəğbət hesabına təmaslar qurmaq cəhdləri
uğursuzluğa düçar olur. Başqasının xoşuna gəlmək üçün nə qədər çox
çalışsanız, bir o qədər güclü mənfi reaksiya ilə
qarşılaşacaqsınız.
Oxatan - uğurlu və münasib gündür. Bir çox işlərin öhdəsindən
gələcəksiniz. Baş verənlərə rəğmən əhvalınızı pozmayın, nikbin
olun. Yaxın ətrafınızdakı insanlar sizə güvənirlər. İşdə
rəhbərliklə, kommersiya layihələrində nüfuzlu insanlarla söhbətlər
üçün münasib zamandır. İdeyalarınız dəstəklənəcək.
Oğlaq - çox uğurlu gündür, Yaşamınızda dəyişiklik etmək
istəyirsinizsə, konkret olun. Az vaxt və səy sərf etməklə məqsədə
çatmağa çalışın. Yeni gəlir mənbəyi aşkarlamaq, yaxşı pul əldə
etmək olar.
Dolça - maraqlı və məhsuldar gündür. Bir yerdə oturmayın. Yaşanan
proseslərə qatılın, hadisələrin aktiv iştirakçısı olun. Yeni işlərə
başlamaq olar. Bir şərtlə ki, tərəfdaş və ya həmkarlarınız sizi
dəstəkləsin.
Balıqlar - maraqlı gündür. Bilik, bacarıq və potensialınızı nümayiş
etdirə bilərsiniz. Nüfuzlu insanlar sizi dəstəkləyəcək. Yeni
müttəfiq tapa bilərsiniz. Dəvət aldığınız tədbirdə diqqət
mərkəzində olacaqsınız.