Qoç - işgüzar mənafelərin şəxsi
maraqlarla kəsişdiyi gündür. Ətrafınızdakı insanlar belə
situasiyada, bəlkə də, çaşıb qalarlar. Amma siz bunu etməyin,
qətiyyət və uğurla irəliləməyə çalışın. Bu gün təməli qoyulacaq
tanışlıq çoxsaylı müsbət emosiyalar yaradacaq. Təmaslar peşəkar
fəaliyyət baxımından da sərfəlidir.
Buğa - işlərinizdə
hətta sizin üçün gözlənilməz irəliləyişlər ola bilər. Bacarıq və
istedadınızın olmadığını düşünməyin. Problemləri olduğundan artıq
dəyərləndirməyin. Günün hadisələri göstərir ki, çox iş görə
bilərsiniz. Peşəkar fəaliyyətinizlə bağlı insanlarda özünüzə rəğbət
yaradın.
Əkizlər - xəyallar
və illüziyalar aləminə qapılmayın. Daha çox işlərin real durumu
barədə düşünün. Təbii, arzular və xəyallar aləmində pərvaz etmək
asandır. Amma inanın ki, praktiki məsələlərin həlli daha maraqlı
ola bilər.
Xərçəng - birmənalı
olmayan gündür. Təlaş və narahatlıq üçün ciddi səbəblər yoxdur.
Lakin buna rəğmən özünüzü bədgüman, təşvişdə hiss edirsiniz. Kiçik
məsələlərə görə təbdən çıxmayın, ətrafınızdakı insanları
sinirləndirməyin.
Şir - işlərdə uğur
olacaq. Sizə dəstək verəcək insanlara arxalana bilərsiniz.
Bədxahlarınızın məkrli əməllərini faş edin, intriqaların üstünü
açın. Müttəfiqlərinizə kömək etməyə hazır olun. Bu gün onların
dəstəyinizə ehtiyacı var.
Qız - işgüzar
aktivlik yüksək deyil. Peşəkar fəaliyyət sahəsində uğurlarınız
azdır. Bu probemi aradan qaldırmağa çalışın. İşinizi başqa adam
görən deyil və bunu ağlınıza da gətirməyin. Hesablarda səhvlər
olarsa, işgüzar tərəfdaşlarla münaqişələr yarana bilər.
Tərəzi -
intellektual fəaliyyət, çətin işlərin həlli üçün yaxşı gündür.
Çevik və aktiv olun. Ən müxtəlif insanlarla dil tapın. Sizi yoldan
çıxarmağa kimsəyə imkan verməyin. Yaxın ətrafınızdakı insanları
yanlış dəyərləndirməyin. Mənasız və əsassız gözləntilərə
qapılmayın. Köhnə əlaqələri kəsməyin. Yeni öhdəliklər və vədlərə
tələsməyin.
Əqrəb - faydalı
işlə məşğul ola biləcəyiniz halda özünüzə problemlər yaratmaqla
məşğulsunuz. Həqiqətin gözünə dik baxın. Günün ilk yarısında
çətinlik ola bilər. İşdə rəhbərliklə münasibətlərdə ciddi
problemlərin yaranmasına səbəbkar olmayın.
Oxatan - gün
uğurludur. Müsbət təmayüllərin təsiri güclüdür. Nə isə alınmırsa,
ciddi və qətiyyətli şəkildə çalışın. Mühüm işlərin öhdəsindən
sürətlə, vaxtında gəlməyə çalışın. Bacarıq və biliklərinizi
göstərin. Yaxın ətrafınızdakı insanların bələd olmadıqları
xüsusiyyətlərinizi nümayiş etdirin.
Oğlaq - qarşınıza
qoyduğunuz məqsədlərə çatın. Ruhdan düşməyin, nikbin olun. Günün
emosional fonu əlverişli olmadığından problemlərin sayı çoxdur.
Pərişanlığa qapılmayın, depressiv davranmayın. Ciddi səhvlərə,
kiçik, amma ağrılı fəsadlara səbəb ola biləcək yanlışlıqlara yol
verməyin.
Dolça -
həmfikirlərlə ünsiyyət, birgə fəaliyyət üçün yaxşı gündür. Sizi
dəstəkləyən şəxslər ideyalarınızı reallaşdırmağa hazırdırlar. Sizə
yardım təklif edən insanlara güvənin. Məsləhətlər çoxdur, amma öz
bildiyiniz kimi davranın.
Balıqlar - bu gün
ciddi uğura nail ola bilərsiniz. Liderlik məcazlarınızı nümayiş
etdirin. Yaxın ətrafınızdakı insanlar sizin arxanızca getməyə
hazırdırlar. Nüfuzlu insanlar da dediklərinizə qulaq asır,
məsləhətlərinizi qulaqardına vurmurlar.