Qoç
- yeni planlarla tələsməyin. Əvvəl başladığınız işi başa vurun.
İşdə yeni mövqedən ən çətin sahələrə nəzər salın, ağır problemi
həll etməyə çalışın. Maddi perspektivlər formalaşır. Situasiya səbr
və ən müxtəlif insanlarla əlaqələr yaradılmasını tələb
edir.
Buğa - nisbətən sakit gündür. Yeni işlərə başlamağa tələsməyin.
Axtardığınız məlumatı tapmaq üçün səy göstərin. Təcrübəli
insanlarla əlaqədə olun, müvafiq məlumat mənbələrinə üz tutun.
Əkizlər - ideyalar və planlar səviyyəsində olan işləri həyata
keçirin. Yaxın iki ayla bağlı planları dəqiqləşdirmək olar.
Fəaliyyətiniz üçün faydalı ola biləcək informasiya arayın.
Xərçəng - ikinci dərəcəli işləri diqqət mərkəzində saxlamayın.
Maraq obyektləri dəyişə bilər. Xəbərlər sizi cari işlərdən
ayırmasın. Görüş, önəmli məlumatın alınması, spontan toplantılar,
təmaslar ola bilər.
Şir - yeni ideyaları reallaşdırmağa tələsməyin. Yarımçıq işləri
başa vurun, cari situasiyaya maksimum diqqət ayırın. Ev işlərini ön
plana çıxarmayın. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı
fəaliyyətdə süstlük nümayiş etdirməyin.
Qız - hansısa mövzu pikə yaxınlaşır. Dəyişikliklər və yeniliklər
rahat olmayacaq. Nə isə narazılığınıza səbəb olursa, problemi
dərhal həll etməyə çalışın. Səhvlərin fəsadlarının aradan
qaldırılması, münasibətlərə aydınlıq gətirilməsi, barışıq üçün pis
gün deyil. Məşğul olduğunuz işlə bağlı maraqlı ideya yarana
bilər.
Tərəzi - yaxın gələcəyin proqnozlaşdırılması və planlaşdırılması
üçün yaxşı gündür. Tələskənlik etməyin. Sizə yeni ideyalar verərək
cari hadisələri araşdırmağa və anlamağa yardım edə biləcək
insanlarla ünsiyyətdə fayda var.
Əqrəb - bu gün siz güclü rəqibsiniz. Yaxın ətrafınıza təsir edin.
Cari işlərin məcrasını intensivləşdirmək üçün situasiyadan
yararlanın. Unutmayın ki, nəzərdə tutduğunuz işlərə nail olmaq
çətin olsa da, mümkündür. Ciddi səhv prosesə ciddi zərbə vura
bilər. Risk və münaqişələrə qatılmayın.
Oxatan - detallara xüsusi diqqət tələb edən gündür. Retroqrad
olmayın. Təcili məşğul olmağınız gərəkən problem var. Yaxın
gələcəyin planlaşdırılması ilə məşğul olun.
Qüvvə, potensial və yaşam stilinizi nəzərə alaraq prioritetlərdə
dəyişikliklər etmək olar. Böyük işlər sizi yenidən maraqlandırır.
Enerjiniz və planlarınız çoxdur.
Oğlaq - gördüyünüz işlərin nəticələrini və varsa, nailiyyətlərinizi
dəyərləndirin. Yaşamınızda yenilik etmək vaxtıdır. Hələliksə
mövqenizi təhlil edin, zəif məqamları aşkarlayın və problemləri
həll edin. Yaxın vaxtlarda hansı təcrübəni əldə etmək istədiyinizi
müəyyənləşdirin. Yeniliklər vaxtıdır.
Dolça - emosiyalarla və hiss-həyəcanla dolu gündür. Fəaliyyət
qrafikindən çıxmamaq üçün səy göstərin, düşündüklərinizi həyata
keçirməyə can atın. Heç nəyi sabaha saxlamayın, işləri təxirə
salmayın. Əks halda stresslərin sayı və ağırlığı artacaq.
Balıqlar - yaxın gələcəklə bağlı perspektivlər baxımından çox
əlverişli və mühüm gündür. Bir işi yarımçıq qoyub başqasına
başlamayın. Əvvəllər reallaşdıra bilmədiyiniz məsələni
gerçəkləşdirə bilərsiniz. Sizə faydalı ola biləcək insanlarla
görüşün.