Qoç - qeyri-adi,
yaşanacaq hadisələri uzun zaman unuda bilməyəcəyiniz gündür. İş heç
də spontan olayların qəfilliyində deyil. Problem baş verənlərə
həddən ziyadə emosional reaksiyalarınızdadır. Hər kiçik məsələni
önəmli və mühüm iş saymayın.
Buğa - sürprizlərə hazır olun. Yaşam tərzinizdə
dəyişikliklərə start verəcək xəbər almağınız istisna deyil. Yeni
imkanları görün, onlardan yararlanmağın yollarını araşdırın.
Təhlillərinizdə dəqiq olun. Yaxın ətrafınızdakı insanların
diqqətindən yayınan məqamları görün.
Əkizlər - sürətlə və dəqiq düşünün. Mühüm işləri təxirə salmayın,
rəqibləri geridə qoyun. İntuisiyanız sizi aldatmayacaq. Səhvlərə
yol verməyin. Sizdən tələb olunan məsələ təhtəlşüurun sizə verdiyi
siqnalları anlamaqdır. Mühüm görüşlər, ciddi məsələlərin müzakirəsi
üçün yaxşı gündür.
Xərçəng - öz işlərinizlə müqayisədə başqalarının problemləri ilə
daha çox maraqlanmayın. Qohumlarınız və ailə üzvlərinizin işlərinə
müdaxilə etməyin. Amma yardım istəyi olarsa, qulaqardına vurmayın.
Yaşam tərzinizdə müəyyən dəyişikliklər edə bilərsiniz.
Şir - günün ilk yarısında ehtiyatlı olun. Aqressiya, inadkarlıq,
eqoizm zamanı deyil. Belə davransanız, qərar və addımlarınızın çox
pis fəsadları ola bilər.
Yaxınlarınızla təmaslarda münaqişə riskini artırmayın. Ailədə
ixtilaf yaranarsa, onu çözmək asan olmayacaq.
Qız - günün emosional fonu əlverişli deyil. Durum peşəkar
fəaliyyətlə yanaşı şəxsi münasibətlərə də mənfi təsir edir.
Səbirsiz və qıxıqlı olmayın. Ən kiçik məsələlərə görə gərgin
mübahisələr etməyin. Münaqişə səbəbkarına çevrilməyin. Nüfuzlu
insanlarla istənilən formada ünsiyyət və təmaslar ehtiyatlı
davranmağı tələb edir.
Tərəzi - enerjili, aktiv, əzmkar olun. Məqsədə doğru hərəkətdə sizə
mane olmağa çalışırlar, amma ruhdan düşməyin. Geri çəkilməyin,
irəliləyin. Güclü rəqibə müqavimət göstərmək, mübarizə aparmaq
gərəkdir. Çətin mübahisələrdə mövqeyinizi qorumağa çalışın.
Əqrəb - çətin, yorucu, xüsusi bilik və bacarıqlar tələb edən işləri
görmək üçün əlverişli gündür. Əsas işi seçin, önəmsiz və ikinci
dərəcəli işləri təxirə salın. Kiçik işləri yardımçı və ya
tərəfdaşınıza etibar edin. Vaxtınızı, gerçəkdən də, önəmli işə sərf
edin. Özünüzü ifrat dərəcədə yormayın. Yorğunluq səhv və
yanlışlıqlara səbəb ola bilər.
Oxatan - uğura nail olmaq üçün çalışmaq, səy göstərmək gərəkdir.
Günlər arasında ən əlverişlisi deyil. Sakit və ardıcıl fəaliyyət
göstərin. Yaranmış problemləri dərhal həll etməyə çalışın. Lakin
heç bir ehtiyac duyulmadığı təqdirdə hücuma keçməyin. Ağıllı və
təcrübəli insanların məsləhətlərinə qulaq asın. Bu, sizə mənasız
tələskənlikdən qurtulmağa imkan verəcək.
Oğlaq - bu gün həllini tələb edən məsələlər nə qədər mühüm və
mürəkkəbdirsə, o qədər yaxşı nəticəyə nail ola bilərsiniz.
Rəqibləri üstələmək üçün manipulyasiya və ya fırıldağa əl atmayın.
İşgüzar səfər və ya səyahət uğurlu olacaq. Başqa yerdə, şəhərdə və
ya regionda peşəkar fəaliyyətlə bağlı təklif ala bilərsiniz.
Dolça - ədalətli, soyuqqanlı, təmkinli olun. Qərar qəbul edəndə
yalnız öz mövqeyinizi yox, ətrafınızdakı insanların fikrini də
nəzərə alın. Belə davransanız, kompromis tapmaq, münaqişələrdən yan
keçmək, habelə indiyədək dil tapmadağınız insanların dəstəyinə nail
olmaq mümkündür.
Balıqlar - bədxah və düşmənlərinizə qarşı amansız olun. Məqsədə
doğru hərəkətinizə mane olan insanları yolunuzdan kənarlaşdırın.
Müttəfiqləri asanlıqla tapa biləcəksiniz. Ətrafınızdakı insanların
fikir və mövqelərindən də yararlanın. İntriqa və manipulyasiyalara
qatılmayın.