Qoç
- peşə fəaliyyəti sahəsində problemlər ola bilər. Kiçik, amma
xoşagəlməz, başladığınız işi başa çatdırmağa maneələr yaradan
müşküllərlə qarşılaşacaqsınız. İşdə həmkarlarla bil tapırsınız.
Amma nüfuzlu insanlar və rəhbərliklə münasibətlərdə anlaşılmazlıq
yaşanacağından bəzi aktual məsələlər çözümsüz
qalacaq.
Buğa - günün ilk yarısı işlər üçün çox uğurlu vaxtdır. İmkanlardan
maksimum istifadə edin. Emosional problemləri həll edin, maneələr
və kompleksləri dəf edin.
Hər şey asanlıqla əldə olmasa da, səy göstərin. Əzmli və qətiyyətli
davranın. Belədə uğur sizin olacaq.
Əkizlər - ehtiyatlı davranın. Çətin və qarışıq gündə intriqa
qurbanı olmayın. Eksperimentlər aparmayın, yoxlanmış vasitə və
metodlardan istifadə edin. Məqsədə doğru başqası tərəfindən rahat
yol varsa, yeni istiqamət aramağa heç bir ehtiyac yoxdur. Çox sadə
və asan təsir bağışlayan həllər dürüst ola bilər.
Xərçəng - aktiv olun, amma enerjinizi doğru istiqamətə yönəldin.
Xoşagəlməz vəziyyət, münaqişə və toqquşmalar yaratmayın.
Problemlərin daha bir səbəbi özünüzə və ətrafınızdakı insanlara çox
tələbkar olmağınızdır.
Şir - birgə layihələrdə və ümumi işlərdə fəal iştirak edin. Qəfil,
amma xoş görüş ola bilər. Yaşam arealındakı dəyişiklikdə fayda var.
Yeni maraq yarana bilər.
Alış-veriş üçün sərfəli gündür. Maliyyə məsələlərində hesabları
qarışdırmayın. Gəlir əldə edəcəksiniz.
Qız - baş verənlərə rəğmən sakit olun. Emosiyaların əsiri olsanız,
gün uğursuzluqla nəticələnəcək. İnadkarlığınız məntiq çərçivəsindən
kənara çıxaraq ətrafınızdakı insanları pərişan etməsin. Dəyər
verdiyiniz insanların dediklərinə qulaq asın, yaxşı məsləhətləri
dinləyin. Özünüzə həddən artıq güvənməyin. Eqoist və aqressiv
olmayın.
Tərəzi - mənasız xərclər etməyin, tələsik və yanlış addımlar
atmayın. Təmkinli, soyuqqanlı olun, aram davranın. Peşəkar
fəaliyyət müstəvisində və maliyyə məsələlərində yaxşı tanımadığınız
insanlara çox inanmayın. Bədxahlarınızın məkrli planı,
fırıldaqçıların yalan vədlərinin qurbanı ola bilərsiniz.
Əqrəb - ünsiyyət və yeni tanışlıqlar üçün yaxşı gündür. Diqqət
mərkəzində ola bilərsiniz. Çalışacağınız insanı seçin. İntuisiyanız
sizə yardım edəcək. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Dost
və müttəfiqlərinizin sayı artacaq.
Oxatan - gün uğurlu və yaxşıdır. Nailiyyətləriniz gözlədiyinizdən
də yaxşı və önəmli olacaq. Xoş həmsöhbət, diqqətli dinləyici olun.
Yeni tanışlıqlarla yanaşı, köhnə dostlarla ünsiyyət üçün yaxşı
gündür. Ailə işlərinin öhdəsindən təkbaşına gələcəksiniz.
Oğlaq - gün problemlərdən xali olmasa da, çətinliklərin öhdəsindən
gələcəksiniz. İntuisiyanız çox güclüdür və buna görə də ən çətin
suallara cavab tapacaqsınız. Əks cins mənsubu ilə münasibətlərdə
rəvanlığı qorumaq çətindir. Yeni tanışlarla birgə işlərə
başlamayın. Maliyyə baxımından əlverişli gündür.
Dolça - ekstraordinar, qeyri-adi heç nə etməyin. Yaxınlarınız sizə
yardım edəcəklər. Sadəcə, özünüz olun, təbii davranın. Belə olarsa,
işlərinizdə ciddi çətinliklər yaranmayacaq. İşgüzar görüşlər pis
keçməyəcək. Sərfəli əməkdaşlıq şərtlərinə nail ola
bilərsiniz.
Balıqlar - səhər saatlarından etibarən faydalı işlərlə məşğul
olmağa çalışın. Günün faydalı olmasına can atın. Vaxtınızı mənasz
işlərə sərf etməyin. Maliyyə məsələlərinin öhdəsindən asanlıqla
gələcəksiniz. Pullarınızı məntiqlə xərcləyin.