სიახლე
Müəllimlərin qiymətləndirilməsi üçün təyin olunan kredit balları ləğv olunacaq və onların sertifikatlaşdırılması üçün yeni model daxil olacaq
Təhsil və Elm Nazirliyinin məlumatına görə, müəllimlərin sertifikatlaşdırılmasının yeni modeli və əmək haqqı siyasəti işlənilib təsdiqlənəcək.

Nazirliyin izahatına görə, qeyd olunan model yaxın gələcəkdə təsdiqlənəcək.

Belə ki, müəllimlər üçün kredit balları ləğv olunacaq və pedaqoqlar özünü qiymətləndirmə öhdəliyindən azad olacaqlar. Təhsil nazirliyin məlumatına görə ixtisaslara kadrların daxil edilməsi yolu asanlaşdırılacaq və sürətləndiriləcək. Eləcə də təhsil sistemi reforması çərçivəsində 2021-2023-cü illərdə Gürcüstanın bütün yetirmələri üçün məktəbə hazırlıq proqramı təmin ediləcək.

Təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvilinin təhsil sisteminin əsaslı reformasının təqdimatında bildirdiyinə görə 2019-2020-ci illərdə müəllimlərin özünü qiymətləndirməsi və portfoliyoya yükləməsi öhdəliyi ləğv olunacaq. Belə ki, müəllim statusunun əldə edilməsi üçün statusa uyğun kvalifikasiya imtahanı qəbul ediləcək. Reforma çərçivəsində müəllimlər əsaslı olaraq-dərs prosesinin müşahidə olunması və imtahan yolu ilə qiymətləndirəcəklər.

Bundan əlavə Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyinin bəyanatına görə yeni tədris proqramlarının və inkluziv və mülki təhsil prinsipinə əsaslanacaq resursların əsası qoyulacaq.

Xatırladaq ki, reforma çərçivəsində 2018-2019-cu tədris illərində 11-ci və 12-ci sinflərdə buraxılış imtahanları ləğv olunub. Belə ki, 2020-ci ildən qəbul imtahanları üç vacib fəndən keçiriləcək: Gürcü dili və xarici dil. Üçüncü isə texniki, humanitar istqamətdə isə tarix fənni olacaq.

FaceBook Twitter Google
მსგავსი სიახლეები
დაიცავი დისტანცია