Sürücülər üçün mülki cavabdehlik sığortası məcburi ola bilər
Avtomobil və motosiklet sürücüləri üçün mülki cavabdehlik sığortası məcburi ola bilər. Müvafiq qanun layihəsini Maliyyə Nazirliyinin hüquqi təşkilatları, Gürcüstanın Sığorta üzrə Dövlət Nəzarəti Xidməti hazırlayıb.

İzahat naməsində yazılıb ki, mülki cavabdehlik sığortası üçüncü şəxsə dəyən zərərin ödənməsini nəzərdə tutur. Qanun layihəsi bir növ zəmanət yaradır ki, yol-nəqliyyat hadisələri zamanı dəyən zərər mütləq ödəniləcək.

Qanunlayihəyə əsasən mülki cavabdehliyin məcburi
sığortası bir tərəfdən sürücüyə digər tərəfdən isə zərərçəkənin həyatına, sağlamlığına və mülkünə dəymiş zərər olan zaman maddi zəmanət olacaq.

“Nəqliyyat vasitəsinin sahibi mülki cavabdehlik üçün məcburi sığorta ilə öhdəlik götürür ki, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün iştirakı ilə zərərçəkənə dəymiş zərərlə bağlı ödəməli olduğu maddi ziyanı ödəmək öhdəliyi götürür” – qanun layihədə yazılıb.

Qanun layihənin qəbul edilməsi halında dəyişiklik Gürcüstanın bütün vətəndaşlarına və Gürcüstan ərazisində qeydiyyatdan keçmiş nəqliyyat vasitələri ilə hərəkət edən, vətəndaşlığı olmayan şəxslərə aid olacaq.

Qanun layihəsi sığortanın illik minimal vergisini nəqliyyat vasitələrinin kateqoriyasına əsasən müəyyən edir:

Motosikl üçün – 75.00- 110.00 lari;
Minik maşını üçün – 00.00-150 lari;
Avtobus üçün – 160.00 – 240.00 lari;
Yük maşını üçün – 210.00- 310.00 lari;
Qoşqu üçün – 50.00- 75.00 lari;

Kənd təsərrüfatı maşını, xüsusi ölçüdə hərəkət edən maşın üçün – 60.00 – 90.00 lari.

Qanun layihəsinə əsasən sağlamlığa zərər vurmağa görə tibbi xidmət üçün ödəmənin maksimum miqdarı 15 000 laridir.

Dünyasını dəyişdiyi halda isə bu məbləğ 30 000 lariyə qədər artır.

Belə ki, dövlət sağlamlıq proqramında olan zərərçəkənlərə yol nəqliyyat hadisəsi nəticəsində zərərin qarşılanması bu sığorta sistemi ilə olacaq.

Qanun layihəsində yazılıb ki, nəqliyyat vasitəsinin sahibləri sığorta üçün lazımı məbləği xüsusi olaraq yaradılmış ictimai hüquqi şəxsin məcburi sığorta bürosunda ödəyəcəklər.

Qanun layihənin büdcənin gəlirlər hissəsinə müsbət təsiri olacaq, çünki büdcənin xeyrinə məcburi sığortada iştirak edən sığortaçı tərəfindən vergi gəlirləri artacaq. Belə ki, sığortasız nəqliyyat vasitələrinin sahibləri inzibati qaydada cərimələnəcəklər və bu da büdcənin gəlir hissəsinə təsir edəcək.

Qanun layihəsinin büdcənin xərclənən hissəsinə də təsiri olacaq. Əgər dəyişikliklər təsdiqlənərsə büdcədən nəqliyyat vasitəsi olan və qanun çərçivəsində sığorta almalı olan müəsssələr üçün xərclər ayrılacaq. Əgər parlament qanun layihəsini dəstəkləyərsə dəyişiklik 2019-cu ilin bir iyulundan qüvvəyə minəcək.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
თეგები: მანქანა
FaceBook Twitter Google