"Plüralizm bizim tapıntımızdır, faciəvi heç nə görmürəm" - Baxtadze "Gürcü arzusundakı" dəyişikliklər haqqında
Baş nazir Mamuka
Baxtadze bildirib ki, “Gürcü arzusu” partiyasından üzvlərin
çıxmasında “faciəvi heç nə görmür”.
26 fevralda hökumət iclasında teleşirkət İmedinin “idarəçi
komandada nə baş verir” sualına Baxtadze cavab verib:
“Komandanın hər bir üzvünə qarşı hörmətimi bildirmək istəyirəm.
Əminəm ki, bizi birləşdirən ideallar və 2012-ci ildə ictimaiyyətin
dəstəyini qazanmağımız, bu demokratiyanın konsolidasiyası uğurla
başa çatdı, çünki bizi bu dəyərlər birləşdirir”.
Baxtadzenin sözlərinə görə, “plüralizm bizim komandanın
tapıntısıdır... biz konstitusional quruluş modelini dəyişdik və
parlament respublikasıyıq. Nə baş verirsə bu kontekstdə müzakirə
etdik. Bu plüralizmdir, demokratiyanın təbii prosesidir və bunda
faciəvi heç nə görmürəm”.
Deputatların bir hissəsinin çoxluqdan çıxmasından sonra “Gürcü
arzusu” Gürcüstan parlamentində konstitusional çoxluğunu itirib.
Eka Beselia, Qedevan Popxadze və başqaları ilə birgə parlament
çoxluğunu “Gürcü Arzusu-Sosial Demokratlar” fraksiyasının üzvləri
də tərk etməyi planlaşdırırlar.
“Parlamentdə möhkəm çoxluğumuz var və təbiidir ki, belə də davam
edəcək” - Baxtadze bildirib.