Majoritarın təşəbbüsü ilə Rustavidə 1000 eyvana çiçəklərlə dolu küpələr yerləşdiriləcək
Rustavinin majoritarı deputatı, parlamentin üzvü Giorgi Beqadzenin təşəbbüsü ilə Rustavidə 1000 eyvana çiçəklərlə dolu küpələr yerləşdirilib. Bu haqda məlumatı parlamentin mətbuat xidməti yayır.

Giorgi Beqadze 1000 küpə və 10 000 çiçəyi Çar Tamar meydanından Rustaveli meydanına qədər olan binaların eyvanına yerləşdirmək üçün Rustavililərə hədiyyə edib.

“Aksiya analar günü başladı və 8 marta qədər yol kənarı binalarda 1000 ailə
çiçəklərlər dolu küpə alacaq. Mənim çoxdankı arzum idi ki, Rustavililər eyvanları çiçəklərlə dolu küpələrin bəzədiyi şəhərdə yaşasınlar. Düşünürəm ki, bu çox sayda Rustavi sakininin də arzusudur. Mənim məqsədim odur ki, birgə Rustavinin gözəlləşməsinin qayğısına qalaq”
– Giorgi Beqadze bildirib.

Onun məlumatına görə, təşəbbüsə “Azot” müəssisəsi və şəhər meriyasının müvafiq xidmətləri qoşulublar.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
თეგები: რუსთავი
FaceBook Twitter Google