17 Mart 2019-cu
il. Bu gün səliqə-səhman
yaratmaq çox faydalıdır
Qoç - çoxdankı planınızı
reallaşdırmağınız baş tutmur. Lakin diqqətinizi cari işlərə yönəldə
və onların öhdəsindən uğurla gələ biləcəksiniz. Bu gün enerjinizi
dinc məcraya yönəldəcəksiniz. Bilikli insanların və təcrübəli
qohumlarınızın məsləhətləri də köməyinizə çatacaq.
Buğa - çox yaxşı və xoş keçirə biləcəyiniz əla gündür. Çətin işdən
qorxmayın. Bu gün istənilən məsələni həll etmək gücündəsiniz. Gün
yaradıcı insanlar - musiqiçilər rəssam və yazıçılarla ünsiyyət üçün
münasibdir. Onlardan biri sizi də şah əsər yaratmağa ruhlandıra
bilər.
Əkizlər - nə istədiyinizə qərar vermədən heç nəyə nail ola
bilməyəcəksiniz. Tərslikdən, öz arzularınızı müəyyənləşdirmək
olduqca çətindir. Yaşlı nəslin nümayəndələri ilə mübahisələr
mümkündür. Nüfuzlu şəxslərlə münaqişələr də istisna deyil. İndi siz
əminsiniz ki, onların köməyi və dəstəyi olmadan da keçinə
bilərsiniz. Amma bir qədər sonra hədsiz lovğalığa görə özünüzü
məzəmmət edəcəksiniz. Günün ikinci yarısında qida və dərman
zəhərlənmələri mümkündür. Ehtiyatlı olun!
Xərçəng - bu gün tələsiklik tələb edən işlər alınmayacaq. O işlərlə
məşğul olun ki, onları yavaş və fikrinizi bir yerə cəmləşdirərək
görmək mümkün olsun. Günün birinci yarısı gəzintilər üçün
əlverişlidir. Bunu tək və ya sizi ağzınızı açan kimi başa düşən
yaxınınızla birlikdə də edə bilərsiniz. Axşam isə böyük məclislərə
yollanmaq və əylənmək olar.
Şir - bu gün nə qədər az planlar qursanız, o qədər yaxşıdır.
Beyninizə gələn gözlənilməz ideyalar çox yaxşı olacaq və dərhal
onları həyata keçirməyə girişmək lazımdır. Ətrafınızdakıları
qəhrəmanlıqlara ruhlandırmağa qadirsiniz. Bu imkandan məqsədinizə
çatmaq üçün yararlana bilərsiniz.
Qız - çox yaxşı gündür. Hadisələr sizin gözləntilərinizə uyğun
inkişaf edəcək, uğurlarınız isə nəzərdə tutduğunuzdan da böyük
olacaq. Gözlənilməz görüş çox xoş olacaq. Yeni dost tapmağınız və
ya sözün həqiqi mənasında vurulmağınız mümkündür.
Tərəzi - bu gün hadisələrdən daha çox əhval-ruhiyyə ilə əlamətdar
olacaq. Ətrafda baş verənlərə fəlsəfi yanaşma sizə çətin
vəziyyətlərdə sakitliyinizi qorumaqda köməklik edəcək.
Əqrəb - düşünülməmiş və tələsik hərəkətlər günüdür. Bəzən hansısa
addımı niyə atdığınızı özünüz özünüzə də izah edə bilməyəcəksiniz.
Kənardan eşitdiyiniz məsləhətlərə çox etibar etməyə dəyməz.
Oxatan - gün istədiyiniz kimi keçməyəcək. Planlar ayaqüstü
dəyişəcək və şübhəli ümumi fayda naminə şəxsən sizin üçün vacib
olan nədənsə imtina etməli olacaqsınız. Lakin buna görə
məyusluğunuz uzun çəkməyəcək.
Oğlaq - ulduzlar hələ də sizin tərəfinizdədirlər. Odur ki, müsbət
tendensiyaların təsirindən faydalanmaq olar. Əvvəllər başladığınız
bir çox çətin işləri bu gün yekunlaşdıra, eləcə də, problemləri
həll edə bilərsiniz. Ətrafdakılara köməklik və xeyriyyə tədbirlərin
iştirak üçün münasib gündür.
Dolça - günün birinci yarısında xoşunuz gəlməyən işlə məşğul olmaq
məcburiyyətində qalacaqsınız. Xoşbəxtlikdən bu iş o qədər çətin
olmayacaq və çox vaxtınızı almayacaq. Yeni təəssüratlar həvəsi sizi
düşünlməmiş addımlara doğru itələyir. Məlum olacaq ki, düşünmədən
atdığınız addımlar doğru olacaq. İntuisiyanıza güvənin. O, sizi səy
göstərdiyiniz yerə aparacaq.
Balıqlar - deyəsən, bütün dünya sizə qarşı səfərbər olub.
İncikliklər yaranacaq, onları aradan qaldırmaq cəhdləri isə
uğursuzluqla nəticələnəcək. Siz kompromislərə hazırsınız. Lakin
qarşı tərəf sizdən ağılabatan hesab etdiklərinizdən daha böyük
güzəştlər tələb edəcəklər. Ən ciddi fikir ayrılıqları maliyyə və
mülk məsələlərinin müzakirəsi zamanı yaranacaq.