Gürcüstanın Baş-Naziri bu gün, 4 aprel
tarixində baş tutan brifinqdə deyib ki, hökumət parlamentə
sürətləndirilmiş
qaydada yeni bayramın təsdiqlənməsi üçün
müraciət edəcək.
“Bu gün hökumət Gürcüstan parlamentinə təşəbbüs təqdim
edəcək ki, sürətləndirilmiş qaydada müvafiq qanunvericilik
dəyişikliyini qəbul etsin. Dəyişikliyə əsasən 12 may tarixində
Müqəddəs Andrianın anım günüdür və eləcə də Gürücstanda Müqəddəs
Məryəmin himayədarlığı günü təsdiqlənsin. Bu Gürcüstanın provoslav
kilsəsinin təşəbbüsüdür, biz hörmət edirik və qoşuluruq. Əminəm ki,
12 may Gürcüstanda ən fərqli bayramlardan biri
olacaq” – Mamuka Baxtadze bildirib.