Qoç - günün ilk yarısı ilə bağlı planlar quranda
unutmayın ki, hətta ən sadə və asan işlərin həlli nəzərdə
tutulduğundan artıq vaxt alacaq. Yolda ləngimə, təxirəsalma
riskləri də az deyil. Yolda gecikmələr ola bilər. Ona görə də
gecikmələrlə barışmayan insanlarla bu gün görüş təyin etməyin. Vəd
edilən görüşə vaxtında qatılmaq asan
olmayacaq.
Buğa - unutmayın ki, yaxın gələcəklə bağlı planlar qurursunuz. Nəyi
həyata keçirmək istədiyinizi müəyyənləşdirin. Əfsuslar olsun ki,
bir sıra məsələlərdə sizi pərişanlıq gözləyir. Günün maliyyə fonu
uğursuz olduğundan bədxərcik etməyin, spontan alış-verişə varmayın.
İşgüzar səfər və ya səyahət uğursuz alınacaq. Çoxdankı
tərəfdaşlardan biri ilə münasibətlər korlana bilər.
Əkizlər - səhər saatlarında xüsusilə diqqətli və
səbrli olun. Həmkarlar, işgüzar tərəfdaşlar və işdəki rəhbərliklə
təmaslarda diqqətli olun. Yalnız belə olarsa, sonradan uzunmüddətli
münaqişələrə təməl olacaq mübahisənin qarşısını ala bilərsiniz.
Birgə fəaliyyət üçün əlverişsiz zamandır.
Xərçəng - bilin ki, günün ilk yarısı uğurlu
olacaq. Qərarları vaxtında qəbul edərək qətiyyətli addımlar
atsanız, göstərdiyiniz səylər peşəkar fəaliyyət sahəsində ciddi
irəliləyişlə sonuclanacaq. Əzəli rəqibi üstələmək, bədxahları
pərişan etmək şansları var. Karyera, maliyyə məsələləri, şəxsi
həyatla önəmli qərarlar qəbul edərkən ciddi düşünün.
Şir - gerçəkdən də, qarışıq, mürəkkəb, çətin
gündür. Fəqət, problemlər müvəqqəti səciyyəlidir və az sonra həll
olunacaqlar. Uzunmüddətli öhdəliklər götürməyin, vədlər verməyin.
Cari işləri başa vurmamış yeni planlar qurmayın. Boş vaxtınız az
olacaq. Süst və ətalətli davranmayın.
Qız - narahat olmayın, əlverişli və yaxşı gündür.
Ciddi uğurlara nail ola bilərsiniz. Qəbul etdiyiniz qərarlar
qeyri-standart olarsa, qarşınıza qoyduğunuz məqsədlərə çata
bilərsiniz. Peşəkar fəaliyyət müstəvisində çoxdan bəri həllini
gözləyən problemi çözmək şansları yaranıb. Son vaxtlar dil tapa
bilmədiyiniz insanlarla dil tapa bilərsiniz.
Tərəzi - günün
ilk yarısında işdə uğurlar istisna deyil. Nüfuzlu insanlarla
görüşlər pis keçmir. İşdə rəhbərliklə söhbətin konstruktiv olmasına
çalışın. Karyerada irəliləyişə və ya maaşın artırılmasına nail
olmaq şansları var. Yeni iş yeri axtarışlarına da başlamaq
olar. Maraqlı təkliflər alacaqsınız.
Əqrəb - qətiyyətli olun. Yaranan problemləri
müstəqil, kimsədən yardım gözləmədən həll etməyə çalışsanız,
əhəmiyyətli irəliləyişlərə nail ola bilərsiniz. Əməkdaşlıq effektiv
olsa da, psixoloji baxımdan qeyri-komfort sayıla bilər. İşdə
həmkarlarla, fəaliyyət sahəsində isə tərəfdaşlarla gərgin
mübahisələr etməyin. İşgüzar və şəxsi münasibətləri əsla
qarışdırmayın.
Oxatan - günün ilk yarısı sakit və rəvan
zamandır. Adi, cari və rutin işlərin öhdəsindən asanlıqla
gələcəksiniz. Əlahiddə çətinliklər yaranmayacaq. Prinsipial
baxımdan yeni problemlərin həllinə, yaxud da genişmiqyaslı
layihənin reallaşdırılmasına başlamayın. Bir çox məsələlərə ifrat
mühafizəkar yanaşma sərgiləməyin. Bilik və təcrübənin
artırılmasında uğurlar əldə edə bilərsiniz. Maraqlı insanlarla
görüşlər istisna deyil.
Oğlaq - səbrli, təmkinli olsanız, böyük uğurlara
və əhəmiyyətli irəliləyişə nail ola bilərsiniz. İntuisiyanızın
səsinə qulaq asın. O, ən yaxşı nəticələrə nail olmaq üçün nə zaman
nə etməyi sizə deyəcək. Tamamilə faydasız hesab etdiyiniz
informasiyadan da yararlana bilərsiniz. Bilik, təcrübə və
məlumatlarınızı artırın.
Dolça - hisslərin əsiri olmayın. İşgüzar
görüşlər, əməkdaşlıq şərtlərinin müzakirəsi, yeni sərfəli
tərəfdaşlığa başlamaq üçün əlverişli gündür. Təşkilati fəaliyyətlə
bağlı ideyalar pis deyil. Rəhbərliklə görüşərək həmin ideyaları
müzakirə etmək olar.
Kadr məsələlərinin həlli zamanı laqeyd müşahidəçi
mövqeyi tutmayın.
Balıqlar -
qarışıq zamandır. Yaranmış situasiyanı dəyərləndirmək çətin olsa
da, bu işin öhdəsindən gəlməyə çalışın. Bəzi qərarlar və
addımlarınızın yanlış olduğunu etiraf etmək üçün özünüzdə cürət
tapın. Aldığınız məlumatlarla informasiyanın hamısını yadda
saxlamaq çətindir. Bəzi məlumatları unuda
bilərsiniz.