“Gürcü Arzusunun” lideri Bidzina İvanişvili
Sameba kilsəsinin tamamilə boyanmasını maliyyələşdirməyə
hazırdır.
Bu
haqda Bidzina İvanişvili bu gün Gürcüstanın Patriarxı İkinci İlia
ilə görüşündə bildirib. Görüş haqda məlumatı patriarxlıq
yayımlayır.
“Patriarx qonağı Sameba kilsəsində aparılan, “Kartu
Fondun” maliyyələşdirdiyi işlərlə tanış edib. Bidzina İvanişvili
bildirib ki, o, Sameba kilsəsinin tamamilə boyanmasını
maliyyələşdirməyə hazırdır. Görüşün sonunda Patriarx Cənab Bidzina
İvanişviliyə xeyir dua verib və uğurlar arzulayıb”, –
məlumatda deyilir.