Milli ədavəti qızışdırmağa cəhd edənləri ehtiyatlı olmağa çağırıram – Qaxaria Qareci monastırı barədə

Daxili işlər naziri və Milli Təhlükəsizlik Şurasının katibi Qiorqi Qaxaria “David-Qareci mövzusu ətrafında spekulyasiya yaradan hər kəsi” ehtiyatlı olmağa çağırıb.


Qaxaria əmindir ki, Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi prosesində razılaşma əldə olunacaq və “bu razılaşma çərçivəsində həm mədəni irs olması, eyni zamanda kilsənin maraqları nəzərə alınacaq”.

“Hamımız bilirik ki, bu çox incə məsələdir. Təbii ki, bu bizə Sovet İttifaqından miras qalmış problemdir və sərhədlərin müəyyənləşdirilməsi maksimum şəkildə tez tamamlanmalıdır. Mən birmənalı olaraq, bu mövzu ətrafında spekulyasiya yaradan və milli ədavəti qızışdıran (bu ifadəni işlətməkdən çəkinmirəm) hər kəsi ehtiyatlı olmağa çağırıram. Əminəm ki, demarkasiya çərçivəsində bizim strateji tərəfdaşımız və qardaş dövlət ilə razılaşma əldə olunacaq və bu razılaşma çərçivəsində həm mədəni irs olması, eyni zamanda kilsənin maraqları nəzərə alınacaq”,
– Qaxaria bu gün, 1 may tarixində Milli Təhlükəsizlik Şurasının birinci iclasından sonra deyib.

Qaxarianın sözlərinə görə, bugünkü görüş texniki xarakterli idi və baş nazirin tapşırıqlarını, o cümlədən, Pankisi dərəsi ilə bağlı tapşırıqları alıblar ki, bu barədə də sabah Parlamentdə danışacaq. Təhlükəsizlik Şurasının növbəti iclası bir aydan sonra keçiriləcək.

 

Print ელ. ფოსტა
თეგები: გახარია
FaceBook Twitter Google
მსგავსი სიახლეები