Milli Təhlükəsizlik Şurasının katibi funksiyası Qiorqi Qaxariaya həvalə olunub

Hökumət başçısının əmri ilə Milli Təhlükəsizlik Şurasının katibi funksiyası baş nazirin müavini, daxili işlər naziri Qiorqi Qaxariaya həvalə olunub.

Bu barədə "Interpressnews"a Hökumət Administrasiyasından məlumat verilib.

“Gürcüstanın baş nazir Mamuka Baxtadzenin rəhbərliyi ilə 1 may tarixində, saat 12:00-da Milli Təhlükəsizlik Şurasının ilk iclası keçiriləcək.

Hökumət başçısının əmri ilə Milli Təhlükəsizlik Şurasının katibi funksiyası baş nazirin müavini, daxili işlər naziri Qiorqi Qaxariaya həvalə olunub.

Əmri baş nazir “Gürcüstanın təhlükəsizlik siyasətinin planlaşdırılması və koordinasiyası qaydaları haqqında” Gürcüstan qanununa müvafiq olaraq verib.

Milli Təhlükəsizlik Şurası 8 nəfərlik yığıncaq orqanından ibarətdir ki, buna da baş nazir rəhbərlik edir. Daxili işlər, müdafiə, xarici işlər və maliyyə nazirləri, dövlət təhlükəsizliyi və kəşfiyyat xidmətlərinin rəhbərləri və müdafiə qüvvələrinin komandiri Şuranın daimi üzvləridir. Şura strateji səviyyədə milli təhlükəsizlik siyasətinin planlaşdırılması və koordinasiyası mandatı ilə təmin olunub”,
– Hökumət Administrasiyası tərəfindən yayınlanmış məlumatda qeyd edilib.

 

Print ელ. ფოსტა
თეგები: გახარია
FaceBook Twitter Google
მსგავსი სიახლეები