Mamuka Baxtadze baş nazir vəzifəsindən istefa verib
Mamuka Baxtadze baş nazir vəzifəsindən istefa
verib.
Bu
haqda rəsmi facebook səhifəsində yazıb.
"Ölkəmizin maraqlarını qorumaq üçün Gürcüstanın Baş
naziri olaraq xidmət etmək mənim üçün böyük bir şərəf və eyni
zamanda böyük bir ehtiram idi. Mən" Gürcü Arzusu" komandasının üzvü
və ölkəmizin sadiq bir əsgəri olmuşam və olacağam.
Mən əvvəlcədən hər kəsə təşəkkür edirəm və gələcək baş nazirə
uğurlar arzulayıram" - Baxtadze yazıb.
O, bildirir ki, bu gün saat 15:00-da bu və digər məsələlərlə bağlı
mediya nümayəndələri ilə görüş keçiriləcək və bütün sualları
cavablandıracaq.
“Dövlət müəssisəsinin bütün əməkdaşlarına, Nazirlər Kabinetinə,
vətəndaş cəmiyyətinə, özəl sektora, beynəlxalq tərəfdaşlara və
yuxarıdakı məqsdələrə nail ola bildiyim bütün hamıya dərin
təşəkkürümü bildirirəm.Gündəlik rejimdə çalışdığım hər bir
əməkdaşıma təşəkkür edirəm. Sizə -gürcü cəmiyyətinə təşəkkür etmək
istəyirəm, sizin dəstəyiniz, məsləhətiniz, tənqidiniz mənim üçün
ölkənin qurulması işində əsas impulsdur.
Strateji inkişafın əsas çərçivəsinin yaradılmasına və tərəqqiyə
baxmayaraq mən hiss edir və görürəm ki, bəzi məsələlər var ki, daha
yaxşı nəticə əldə edə bilərdik.
Dostlar, ölkə qarşısında olan problemlər o qədər ağırdır ki, bizim
ölkədə neqativ gündəliyimizin olmasına və siyasi olara qbelə
mühitin hüququmuz çatmır. Bilirsinzi ki, müasir dünya və Qərb
ölkələrində siyasi qütbləşmə artır, ancaq bu dövətlər davamlı
olaraq o qədər möhkəmdirlər ki, belə pozuntulara qalib gəlirlər –
bizim belə lüks durumumuz yoxdur və həmişə bilməliyik ki, gürcü
cəmiyyətinin qütbləşməsi ilə yeganə qalib gələn işğalçı ölkə
olacaq.
Hər hansı siyasi oyunçu tərəfindən özünün qısamüddətli məqsədinə
nail olması üçün siyasi pozuntulara aparan gündəliyin müəyyən
edilməsi yolverilməz və qəbuledilməzdir.
Ona görə də psinsipial olaraq partiya sədrinin – Bidzina
İvanişvilinin proporsional seçkilərin, sıfır barrier şərtləri ilə
keçirilməsi haqqında təşəbbüsü əhəmiyyətlidir ki, kiçik vətəndaşlar
qrupunun səsi də Parlamentdə eşidilsin. Eyni zamanda bu yeni
simalara gürcü siyasətinə yol açılması üçün bir imkan olacaq və
mənim fikrimcə bu əhalinin böyük hissəsinin istəyidir.
2020-ci ilin seçkiləri söyüş və nifrət dilinin deyil, proqramlar və
ideyalar yarışı olmalıdır. Qütbləşməyə dəstək olan, gürcü
dövlətçiliyini yerə vuran, onun inkişafına mane olan və Gürcüstanın
düşmanlarının marağına daxil olan hər hansı addım
qəbuledilməzdir.
Bu gün Gürcüstana heç vaxt olmadığı kimi tam konsolidasiya lazımdır
və əminəm ki, uğurun yeganə formulasi budur. Bir daha gürcü
cəmiyyətinə təşəkkür edirəm!
İnanıram ki,birgə hər şeyi bacaracağıq!
Allah Gürcüstanı qorusun”- Baxtadze bildirib.
O, hökumət proqramının həyata keçirilməsi haqqında Parlamentə
hesabat təqdi etməyi planlaşdırırdı, sənəd hazırlanıb ancaq çatdıra
bilməyib,ona görə də bunların hamısını Facebookda yayımlayıb.