Gürcüstanda koronavirusa yoluxanların sayı 38 nəfərə çatdı
Gürcüstanda daha dörd nəfərin koronavirusa yoluxduğu təsdiqləndi. Hal-hazırda ölkədə koronavirusa yoluxanların sayı artaraq 38 nəfərə çatıb. Bu barədə məlumat hökumət tərəfindən yaradılmış stopcov.ge saytında yayımlanıb.

Saytda yayımlanmış məlumata görə, 1130 nəfər karantində, 81 nəfər isə stasionar nəzarət altındadır.

Qeyd edək ki, Gürcüstanda koronavirusdan bir nəfər sağalıb.

Onu da əlavə edək ki, 18 mart tarixindən xarici ölkə vətəndaşlarının Gürcüstana girişi qadağan edilib. Bununla yanaşı ölkənin bəzi şəhərlərində, o cümlədən, Marneulidə ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Print ელ. ფოსტა
თეგები: covid-19 koronavirus
FaceBook Twitter Google