21 mart tarixindən Gürcüstanda uçuşlar tamamilə dayandırılacaq
21 mart tarixindən Gürcüstanda uçuşlar tamamilə dayandırılacaq. Bu haqda koronavirusla bağlı yaradılmış Koordinasiya Şurasının iclası bitdikdən sonra Baş nazirin mətbuat katibi İrakli Çikovani bildirib:

“Sabahdan bütün uçuşların dayandırılması ilə bağlı qərar qəbul olundu. Yalnız Gürcüstan hökuməti ilə koordinasiyada olan, Gürcüstan hava xətlərinin uçuşları həyata keçiriləcək. Gürcüstana daxil olan bütün vətəndaşlar hansı ölkədən gəlməsinə baxmayaraq karantin zonasına aparılacaq”, – Çikovani deyib.

Buna qədər isə Gürcüstan xarici ölkə vətəndaşları üçün sərhədi 18 mart tarixindən etibarən 2 həftə müddətinə bağlayıb. Ancaq Baş nazirin mətbuat katib İrakli Çikovaninin bildirdiyinə görə, vətənə qayıtmaq istəyən Gürcüstan vətəndaşlarına Gürcüstan hava xətlərindən istifadə etmək imkanı yaradılacaq. Onun bəyanatına görə, Gürcüstan vətəndaşlarının ailə üzvlərinə bu imkan veriləcək.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google