Gürcüstanda açıq sahələri olan restoranlar bu gündən açılır. İaşə
obyektləri üçün ümumi tövsiyələr əvvəlcədən bron etmək sistemindən
istifadəni və nağdsız ödənişi nəzərdə tutur.
İaşə obyektlərində masalar 2 metr məsafədə olmalıdır və hər masada
ən çox 6 nəfərin oturmasına icazə verilir.
Səhiyyə naziri ictimai iaşə obyektləri üçün tövsiyələri
təsdiqləyib. Buna əsasən qapalı yeri olan iaşə müəssisələrində
masaların bir-birindən ən azı 2 metr məsafədə olması və eyni
zamanda hər masada ən çox 6 müştərinin qəbul edilməsinə icazə
verilir. İstisna olaraq, ailə üzvləri və 12 yaşdan kiçik
yeniyetmələr bir masaya otura bilər.
Eyni zamanda, bir masanın istifadəçiləri arasındakı məsafə ən azı 1
metr, bir nəfər üçün tələb olunan sahə isə ən azı 2.25 kv.m.
olmalıdır.
Sənədə görə, qapalı yerlər təbii havalandırma ilə təmin edilməlidir
və bu mümkün olmadıqda, xaricdən havanın daxil olmasını, dövr
etməsini və xaricə çıxmasını təmin edəcək süni havalandırmadan
istifadə etmək mümkündür.
Menyuya gəldikdə isə, qonaqlar üçün çap edilmiş (birdəfəlik) menyu
təklif etmək tövsiyə olunur və elektron menyu təklif edilərsə,
menyu lövhəsinin yanına əl üçün gigiyenik vasitələri
qoyulmalıdır.
Açıq yerləri (terras/veranda/açıq restoran) olan ictimai iaşə
obyektlərinə olan tələblərə gəlincə, bu vəziyyətdə masaların və
qonaqların yerləşdirilməsinə olan tələblər qapalı yer olan iaşə
obyektlərinə bənzəyir.
Yemək obyektləri üçün ümumi tövsiyələr əvvəlcədən sifariş
sisteminin istifadəsi və nağdsız ödənişlərə üstünlüyün
verilməsidir.
Tövsiyələrdə, həmçinin birdəfəlik süfrələrin istifadəsi və daha
ciddi təmizlik tədbirləri də yer alır (ayaqyolu, dəhliz, salonlar,
liftlər və s.). Daha dəqiq desək, təmizlik üçün dövri 2 saatlıq bir
rejim tətbiq olunmalıdır.
Gürcüstanda 8 iyundan etibarən restoranlarda bütün növ xidmətlər
bərpa olunacaq. Həmçinin, Səhiyyə Nazirliyinin müvafiq qurumlarının
təftişindən keçən və icazə alan mehmanxanaların fəaliyyətini bərpa
etməsinə icazə verilir.