Mestiya bələdiyyəsində, avtomobili ilə Mulxura çayına düşən kişini
axtarırlar. Qəza Mestiya-Uşquli yolunun Mulaxi hissəsində baş
verib.
Mestiya meri, Kapiton Jorjolianinin “İnterpressNews”a verdiyi
məlumata görə, çaya düşən avtomobildə yalnız bir nəfər olub və onu
hələ də tapa bilməyiblər.
"Maşında yalnız bir nəfər oturubmuş və onu tapmaq hələ
də mümkün olmayıb. Hadisə yerinə bütün xilasetmə briqadaları
səfərbər olunub", – deyə Jorjoliani bildirib.
Kənd müvəkkili Vaso Zurebinin "İnterpressNews"a bildirdiyinə
görə, maşın çıxarılıb, ancaq çayın güclü axını avtomobildə olan
şəxsin axtarışına mane olur.
Baş vermiş hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsini 276-cı
maddəsinin 2-ci hissəsi ilə istintaq başladılıb. Həmin maddə
nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulmasını nəzərdə
tutur.