Kvarelidə avtomobil evin qarşısındakı stulda oturanlara çırpılıb, bir nəfər ölüb
Kvarelidə yol-nəqliyyatı hadisəsi nəticəsində bir nəfər ölüb. Məlumata görə, Axalsopeli kəndində sərxoş vəziyyətdə olan "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolu keçib və evin qarşısında skamyada əyləşən vətəndaşları vurub.

Toqquşma nəticəsində orta yaşlı bir qadın yerindəcə ölüb. Bir neçə nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar. Həkimlər həmin şəxslərin həyatları üçün təhlükə olmadığını bildiriblər.

Daxili İşlər Nazirliyi nəqliyyatın hərəkəti təhlükəsizliyin və ya istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi üzrə istintaq başladıb.

Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
FaceBook Twitter Google