Tamar Baçaliaşvilinin Gmail-i açıldı, iyulun 13-dən 18-dək olan müddətdəki məlumatların silindiyini gördük - Mixeil Ramişvili
23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin ailəsinin vəkili Mixeil Ramişvilinin dediyinə görə, mərhum Tamar Baçaliaşvilinin Gmail-ini açıblar, orada 13-18 iyul tarixləri arasında olan heç bir bildiriş və ya yazışma ilə rastlaşmayıblar.

Vəkilin sözlərinə görə, işdə çox sayda şübhəli əlamət aşkar edildiyi üçün onlar Gmail-ə daxil olunan ünvanı müəyyənləşdirməyi tələb ediblər.

"Tamunanın Gmail-i açıldı. Sosial şəbəkəyə girdilər, bəzi məlumatlarla tanış olduq, olduqca maraqlı və bir çox növ məlumat əldə etdik. Eyni zamanda, bəzi tarixlərdə məlumatların birbaşa silindiyini nəzərə alaraq Gmail-ə çox şübhəli toxunma əlamətlərini də gördük.

Girişin kim tərəfindən və hansı ünvandan baş verdiyini müəyyənləşdirməyi tələb etdik. Ən çox müəyyənləşdirməyimiz lazım olan bir dövr var ki, həmin dövrdə kiminlə ünsiyyətdə olduğunu müəyyənləşdirək.

Silinən mesajlar, yazışmalar 13-18 iyul arasındakı müddətdədir. İyulun 18-dən bu yana heç bir məlumat yoxdur. İstintaq və ümumi iş üçün maraqlı olan bir çox detal ortaya çıxdı",
– deyə vəkil qeyd edib.

Xatırladaq ki, Tamar Baçaliaşvili iyulun 18-də itkin düşmüş, son dəfə Tetritskaro rayonunda müşahidə kameraları tərəfindən görülmüşdü. O, 5 günlük axtarışdan sonra Tetritskaro meşəsi yaxınlığında avtomobilində ölü tapılmışdı. Baçaliaşvili işi ilə əlaqədar istintaq qanunsuz azadlıqdan məhrum etmə maddəsi ilə başladıldı, daha sonra intihar həddinə çatdırma maddəsi də ittihama əlavə edildi.

Print ელ. ფოსტა
FaceBook Twitter Google