"Gürcü Arzusu"-nun proporsional siyahısında ikinci nömrə Bələdiyyə Məclisinin sədr müavini ola bilməyib
"Gürcü Arzusunun" proporsional siyahıda ikinci nömrəsi Adil Əliyev Marneulinin yeni çağırış Bələdiyyə Məclisinin sədr müavini ola bilməyib.

Adil Əliyevin "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, seçkiqabağı dövrdə partiyada razılaşıblarmış ki, onu sədr müavini təyin edəcəklər. Ancaq komanda daxilində müəyyən şəxslərin qarşı çıxması nəticəsində sədr müavini kimi onun namizədliyini təqdim etməyiblər.


Adil Əliyevin sözlərinə görə, onun üçün hansı vəzifədə işləyəcəyinin fərqi yoxdur. O, bildirdi ki, Bələdiyyə Məclisinə vəzifə üçün üzv olmayıb və yenə “Gürcü Arzusunun” sıralarında fəaliyyətinə davam edəcək.

"Partiyada komissiya sədrliyi təklif etdilər, mən də razılaşdım. Marneuli sakinləri üçün adi rejimdə fəaliyyətimə davam edəcəyəm", – Adil Əliyev bildirdi.

Marneulinin yeni çağırış Bələdiyyə Məclisinin sədri yenidən Amiran Qiorqadzedir. Qiorqadze müavinləri vəzifəsinə Tariel Məmmədov, Riçard Qiqiani və Rövşən İsgəndərovu təqdim edib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია