Səkidə və zebra keçidində dayanmış nəqliyyat vasitəsi dərhal təxliyə ediləcək
Səkilərdə və piyada cığırlarında dayanan avtomobillər dərhal təxliyə ediləcək.
Bu barədə parlamentdə üçüncü oxunuşda baxılan və 81 səslə təsdiq edilən “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə qeyd olunub.

Xüsusən də parlamentin təsdiqlədiyi dəyişikliklə avtomobilin parklanması və ya səki və ya piyada cığırında dayanması halında nəqliyyat
vasitəsinin xüsusi mühafizə olunan dayanacağa aparılması nəzərdə tutulur.

Qeyd edək ki, dəyişikliyə əsasən, dayanma-durma qaydalarının pozulmasına görə cərimələr daha da sərtləşəcək.

Mənbə: BM
Print ელ. ფოსტა
თეგები: #car #georgia
FaceBook Twitter Google