Qaçağan və Kirəç Muğanlıda küçə işıqlarının quraşdırılmasına 37 681 lari xərclənəcək
Marneuli yerli özünüidarəsi Qaçağan və Kirəç Muğanlı kəndlərində küçə işıqlarının quraşdırılması işləri üçün sadələşdirilmiş qaydada müqavilə bağlayıb.

Meriyanın “Muri” MMC ilə bağladığı müqaviləyə əsasən, kəndlərdə küçə işıqlarının quraşdırılması kənd proqramı çərçivəsində planlaşdırılıb.

Yerli özünüidarə Qaçağan və Kirəç Muğanlıda küçə işıqlarının quraşdırılmasına 37 681 lari 27 tetri xərcləməyi planlaşdırır. Buradan Qaçağan kəndi üçün 18 808 lari 62
tetri, Kirəç-Muğanlı üçün isə 18 872 lari 65 tetri ayrılıb.

“Muri” MMC müqavilə bağlandıqdan 60 gün ərzində Qaçağan və Kirəç Muğanlıda küçə işıqlarını quraşdırmalıdır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google