Müdafiə naziri Cuanşer Burçuladzenin sözlərinə görə, ilin sonuna
kimi Gürcüstanda uçan aparatların istehsalına başlanılacaq.
Onun sözlərinə görə, Müdafiə Nazirliyi və pilotsuz təyyarələrin
istehsalçısı olacaq “Delta” ilə əməkdaşlıq çərçivəsində özəl şirkət
yaradılıb.
“Məhsulları praktikada fəal şəkildə istifadə olunan və
çox özünü doğrultmuş özəl müəssisə olan Polşa şirkəti ilə bütün
rəsmi prosesləri tamamladıq. “Delta” şirkəti ilə birlikdə biz özəl
müəssisə yaratdıq və ilin sonuna kimi uçan aparatların istehsalına
başlayacağıq”, - deyə Cuanşer Burçuladze
bildirib.
Məlumat üçün bildirək ki, bir neçə ay əvvəl Burçuladze Müdafiə
Nazirliyinin Polşanın “WB Electronics” şirkəti ilə pilotsuz uçan
aparatların istehsalı üzrə birgə şirkət yaratdığını
açıqlamışdı.