Muxianidə yaşayış binasında iki gəncin meyiti tapılıb

Dünən, sentyabrın 20-də Tbilisinin Muxian qəsəbəsində

yaşayış binasının mənzillərindən birində iki gəncin meyiti tapılıb. Əldə olan məlumata görə, yaşı 25-dən az olan kişilər kirayədə qalırmışlar.

Meyitlər məhkəmə-tibb bürosuna aparılıb. Faktla bağlı Daxili İşlər Nazirliyində
Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə - istintaqın ilkin mərhələsində cinayətin konkret əlamətləri olmadıqda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi üzrə istintaqa başlanılıb.


Digər təfərrüatlar məlum deyil.

Print ელ. ფოსტა
FaceBook Twitter Google