Biz Ukraynanın Rusiyanın nəzarəti altında olan hissələrində
birtərəfli referendum keçirmək cəhdlərindən narahatıq.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda
deyilir.
Qeyd olunur ki, bu cür qeyri-qanuni faktlar beynəlxalq ictimaiyyət
tərəfindən tanınmayacaq. Əksinə, diplomatik prosesin
canlandırılması səyləri çətinləşdirəcək və qeyri-sabitliyi
dərinləşdirəcək.
“Fürsətdən istifadə edərək, 2014-cü ildə Krımın
qanunsuz ilhaqından sonra vurğuladığımız Ukraynanın ərazi
bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyimizi bir daha
bildirir və davam edən müharibənin dinc yolla həllinə hər cür
lazımi töhfə verməyə hazır olduğumuzu dilə
qətiririk”, - deyə bəyanatda bildirilib.