İrakli Qaribaşvili bu gün BMT Baş Assambleyasının 77-ci sessiyasının iştirakçılarına müraciət edəcək
Gürcüstanın baş naziri İrakli Qaribaşvili sentyabrın 22-də BMT Baş Assambleyasının 77-ci sessiyasının iştirakçıları qarşısında çıxış edəcək.

Sentyabrın 21-də BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələri açılıb.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, Gürcüstanın baş naziri dünən Birləşmiş Millətlər Təşkilatının 77-ci sessiyasının ümumi müzakirələrində Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Baydenin çıxışında iştirak edib. O, hökumət başçısı Cozef Baydenin çıxışında nümayəndə heyəti ilə birlikdə olub.

Baş nazir İrakli Qaribaşvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə xarici işlər naziri İliya Darçiaşvili, təhsil və elm naziri Mixeil Çxenkeli və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google