Qadın hüquqlarının müdafiəsi “Sapari” təşkilatı tabeliyində olan
qadına qarşı təcavüzdə ittiham olunan Müdafiə Nazirliyinin
əməkdaşının tutduğu vəzifədən azad edildiyini açıqlayıb.
Qadın 5 ay ərzində hər gün cinsi qısnama qurbanı olduğunu, bunun
şifahi təhqir və alçaldıcı kontekstdə istinadlarla özünü büruzə
verdiyini, həmçinin “Sapari”yə görə gender ayrı-seçkiliyi
faktlarını da qeyd edib.
Qurumun məlumatına görə, ilk dəfədir ki,
Müdafiə Nazirliyinin Baş
Müfəttişliyi cinsi qısnama faktını müəyyən edir.
“Söhbət qadın işçilərə qarşı ayrı-seçkilik edən, onlara
təhqiramiz ifadələr işlədən, iş yerində uyğun olmayan, təhlükəli və
ləyaqəti alçaldan mühit yaradan yüksək vəzifəli məmurdan gedir.
Bundan əlavə, qadın işçiyə qarşı cinsi təcavüzə dair kifayət qədər
sübutlar var. Bu qadına qarşı cinsi ayrı-seçkilik daha 2 yüksək
vəzifəli şəxs tərəfindən də aşkar edilib”, -
“Sapari”nin açıqlamasında deyilir.
Qurum avqustun 25-də nazirliyin Baş Müfəttişliyinə müraciət edərək
cavab tələb edib. İctimai müdafiəçiyə də məlumat verilib.
Sentyabrın 9-da “Sapari”nin rəhbəri Baia Pataraia və təşkilatın
vəkili Tamar Lukava brifinq keçirib, orada işə baxılmasının
yubandığını bildiriblər və detalları müzakirə ediblər.
Brifinqdən sonra Müdafiə Nazirliyi də məlumat yayıb. Agentlik yazıb
ki, şikayət daxil olduğu gün cinsinə görə ayrı-seçkilik faktı ilə
bağlı rəsmi yoxlama başlayıb.