Gürcüstanın ən böyük sərinləşdirici içki istehsalçısı olan
Coca-Cola Bottlers Georgia 2021-ci il üçün maliyyə hesabatlarını
dərc edib.
Sənədə əsasən, ötən il şirkət 283,6 milyon lari məbləğində rekord
gəlir əldə edib. Bu, 2020-ci illə müqayisədə 87,6 milyon lari
çoxdur. Nəticədə, Coca-Cola pandemiya çətinliklərinə baxmayaraq,
keçən il satışlarını artırmağı bacarıb.
Konsolidə edilmiş maliyyə hesabatına əsasən, "Coca-Cola Bottlers
Georgia" 2021-ci
ildə 31 milyon lari xalis mənfəət əldə edib.
"Coca-Cola Bottlers
Georgia" haqqında.
"Coca-Cola Bottlers Georgia" qazlı içkilər üçün lazım olan əsas
xammalı - konsentratları və içkiləri Coca-Cola şirkəti ilə
bağlanmış müqavilə əsasında alır. İlk müqavilə 1993-cü ildə
imzalanıb və o vaxtdan bəri müqavilənin qüvvədə olma müddəti
vaxtaşırı uzadılır. Bundan əlavə, imzalanmış müqavilələrə əsasən,
“Coca-Cola Bottlers Georgia” Azərbaycan və Ermənistanda qalay
qutulara qablaşdırılmış içkiləri satmaq hüququna malikdir.
“2021-ci ilin yekunlarına görə, sərinləşdirici içkilər
bazarında (qazlı sərinləşdirici içkilər, mineral sular, mineral
qazlı sular, buzlu çay, buzlu qəhvə, şirələr, enerji içkiləri)
şirkət bazarın 35%-ni tutur və lider mövqeyini qoruyub
saxlayır", - 2021-ci il hesabatında "Coca-Cola"
Bottlers Georgia" bildirib.
“Coca-Cola Bottlers Georgia”nın aktivlərinin ümumi dəyəri 323
milyon lari təşkil edir. Şirkətin 87,47% səhminin sahibi iş adamı
Temur Çxoniyadır.
2020-ci ildən şirkətin bütün istehsal xətləri Nataxtaridəki yeni
zavoda köçürülüb və bunun üçün şirkət Almaniya İnvestisiya
Korporasiyası (DEG) ilə kredit müqaviləsi imzalayıb və bu layihə
çərçivəsində şirkət 18 mln. avro alıb.