Vaja-Pşavela prospektində qadın meyiti tapılıb
Tbilisinin Vaja-Pşavela prospektindəki evdə 50 yaşlarında qadınım meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qeyd olunan faktla bağlı qəsdən adam öldürmə ittihamı ilə 1 nəfər - 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş P.P. saxlanılıb.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qisas məqsədi ilə 1970-ci ildə kirayədə yaşadığı mənzildə O.P.-ya fiziki xəsarət yetirib, nəticədə qadın hadisə yerində ölüb”, - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Agentliyin məlumatına görə, təqsirləndirilən şəxs Tbilisidə həbs edilib. İstintaq Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutan 108-ci maddəsi ilə aparılır.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
თეგები: kriminal Qəza Tbilisi
FaceBook Twitter Google