Didi Diğomidə öldürülən qadının işi üzrə təqsirləndirilən şəxsi 10-15 ilə qədər həbs gözləyir - Prokurorluq
Prokurorluq oktyabrın 6-da Tbilisinin Didi Diğomi şəhərində öldürülən qadının işi üzrə xarici vətəndaşa qarşı ittiham irəli sürüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Agentliyin məlumatına görə, istintaq müəyyən edib ki, oktyabrın 6-da Tbilisi şəhəri, Mirian Mepe prospektində yerləşən yaşayış mənzilində xarici ölkə vətəndaşı münaqişə zəminində zərərçəkmişin bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarət yetirib. Qadın yerindəcə dünyasını dəyişib.

Polis təqsirləndirilən şəxsi oktyabrın 7-də saxlayıb. O, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılmağı nəzərdə tutan 108-ci maddəsi ilə ittiham olunub.

Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı istintaq davam edir.

Mənbə: Netgazeti


Print ელ. ფოსტა
თეგები: Gürcüstan həps kriminal ölüm Tbilisi
FaceBook Twitter Google