İrakli Qaribaşvili - bu gün ölkə demokratikdir, istənilən şəxs bu və ya digər təşkilata üzv ola bilər - bizim qəti mövqeyimiz, seçimimiz var, bu, Avroatlantik inteqrasiyadır və bu seçimi heç kim dəyişə bilməz, sakit olun
Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin sözlərinə görə, bu gün ölkədə demokratiya var və istənilən şəxs istədiyi kimi istənilən təşkilata, birliyə üzv ola bilər.

İrakli Qaribaşvili deputatların “Gürcü arzusu”ndan çıxmasına münasibət bildirib və qeyd edib ki, bu, onların konstitusion hüququdur.

“Mən artıq 2-3 dəfə bu məsələ ilə bağlı çox ətraflı şərh vermişəm. Məni hər dəfə görəndə eyni şeyi təkrarlamaq maraqlı deyil məncə. Bunu sizə deyim ki, bu gün ölkədə demokratiya var, istənilən şəxs istəsə, bu və ya digər təşkilata, birliyə üzv ola bilər, bu, onların konstitusion hüququdur. Bizim qəti mövqeyimiz, qəti seçimimiz var, bu, konstitusiyada öz əksini tapmış Avroatlantik inteqrasiyamızdır və bu seçimi heç kim dəyişə bilməz. Ona görə də sakit olun”, – deyə Qaribaşvili bildirib.

Məlumat üçün bildirək ki, daha 5 deputat “Gürcü arzusu”ndan, sözdə isə hakim komandadan ayrılıb və ilk ayrıaln dördünün qurduğu “Xalq hakimiyyəti” ictimai hərəkatına qoşulub.

“Gürcü arzuları”ndan çıxan deputatlar: Zaal Mikeladze, Eka Sepaşvili, Davit Kaçarava, Viktor Caparidze və Daçi Beraia. Müvafiq olaraq, “Xalq hakimiyyəti” Gürcüstan parlamentində 9 deputatla təmsil olunacaq.

Print ელ. ფოსტა
თეგები: Gürcüstan Qaribaşvili siyasət
FaceBook Twitter Google