Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin
“Qafqaz Qartalı-2022” adlı birgə təlimləri başlayıb.
Bu barədə Türkiyənin Gürcüstandakı səfirliyindən bildirilib.
Bildirilib ki, Gürcüstanın ev sahibliyi etdiyi təlimlərin açılış
mərasimi oktyabrın 10-da Muxrovanidə baş tutub.
Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi
təyinatlılarının iştirak etdiyi “Qafqaz Qartalı” adlı birgə
təlimlər hər il təşkil olunur.
Xatırladaq ki, müdafiə nazirinin birinci müavini – Azərbaycan
Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev
sentyabrın 28-də Gürcüstanda səfərdə olub. O, Gürcüstanın Müdafiə
Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili ilə görüşdə
Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə
keçiriləcək “Qafqaz Qartalı-2022” xüsusi təyinatlı bölmələrin birgə
təliminə hazırlıq, həmçinin gələn il ərzində keçirilməsi nəzərdə
tutulan “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi
və “Qafqaz Qartalı-2023” birgə təliminin yüksək səviyyədə təşkili
barədə müzakirələr aparııb.
Mənbə: report.az