"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik
şəbəkəsinin planlı bərpa işlərinə görə,
11 oktyabr tarixində Marneuli bələdiyyəsində elektrik enerjisinin
verilməsində fasilələr yaranacaq.
Şirkətdən verilən məlumata görə, bu gün saat 11:00-dan 18:00-a kimi
Marneuli rayonunun Sadaxlı, Dəmiyə, Mollaoğlu, Yuxarı
Saral, Xocorni, Ağkörpü, Xuldərə, Kirovka və ətraf
kəndlərində elektrik enerjisinin verilməsi müvəqqəti
olaraq dayandırılacaq.
Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi
bərpa olunacaq və həmişəki rejimdə veriləcək.
Mənbə: tv4.ge