Rustavidə gənc oğlan 7-ci mərtəbədən yıxılaraq ölüb
Rustavidə 7-ci mikrorayonda 20 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.

“İnfo Rustavi” xəbər agentliyinin məlumatına görə, gənc oğlan ehtiyatsızlıqdan binalardan birinin 7-ci mərtəbəsinin pəncərəsindən yıxılıb. Hadisə yerinə təcili tibbi yardım briqadası da səfərbər edilib, lakin həkimlər gənci ölü tapıblar.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları da olub.

Print ელ. ფოსტა
თეგები: Bina kriminal ölüm Rustavi
FaceBook Twitter Google