Marneuli meriyasının Əmlakın İdarəolunması və Maddi-Texniki Təminat
Xidmətinin rəhbəri Aqil Əmircanov təyin olunub.
Aqil Əmircanov Marneuli meriyasının Əmlakın İdarəolunması və
Maddi-Texniki Təminat Xidmətinin rəhbəri təyin olunana qədər
Gürcüstan Parlamentinin Majoritar Deputat Bürosunun rəhbəri olaraq
işləyirdi.
Aqil Əmircanov “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, meriyanın Əmlakın İdarəolunması və
Maddi-Texniki Təminat Xidmətinin rəhbəri vəzifəsinə vakansiya elan
edilibmiş və
o, müsabiqə qaydası ilə seçilib. Əmircanov
səlahiyyətlərini icra etməyə 11 oktyabrdan başlayıb.
Əmircanov “Gürcü Arzusu” partiyasının ianəçisidir. O, 2017-ci ildə
partiyaya 45, 2021-ci ildə isə 2 200 lari ianə verib.
“Marneuli meriyasının Əmlakın İdarəolunması və
Maddi-Texniki Təminat Xidməti Marneuli meriyasının struktur
vahidliyidir və bələdiyyənin əmlakından istifadə, istifadəyə vermə
məsələləri ilə bağlı təkliflər hazırlamağı təmin edir. Marneuli
bələdiyyəsinin əmlakın idarəolunması, mühasibat uçotunu, mühafizə
və onun məqsədli istifadəsi üçün lazım olan uyğun tədbirləri həyata
keçirir. Bələdiyyənin özünüidarə orqanlarının fəaliyyətinin
informasiya-texnologiya-proqram təminatını həyata keçirir və
müvafiq istiqamətdə yeni/müasir rəqəmsal/elektron texnologiyaların
tətbiqinə dəstək olur”, – Əmlak İdarəsi və
Maddi-Texniki Təminat Xidmətinin müddəasında qeyd olunub.
Qeyd etmək lazımdır ki, Marneuli meriyas xidmətinin rəhbərlərinin
dəyişdirilməsinə ötən aydan başlanılıb. Marneuli meriyası yerli
özünüidarənin icra orqanlarında struktur dəyişikliklərinə nəyin
səbəb olduğunu bu günə qədər açıqlamayıb.