Əsasən siyasi məhbusların saxlandığı Tehran həbsxanasında iğtişaş qurbanlarla nəticələnib
Tehranın Evin həbsxanasında iğtişaş və yanğın nəticəsində azı 4 nəfər ölüb, 61 nəfər yaralanıb. Bu barədə məlumatı İran dövlət mediasına əsaslanaraq Qərb mətbuatı yayıb.

Bu həbsxana əsasən siyasi məhbusların saxlanması ilə tanınır. Son bir neçə həftə ərzində hökumət əleyhinə nümayişlərə görə həbs olunanlar da bu həbsxanaya aparılıb.

BBC Fars Xidmətinin mənbələrə istinadən verdiyi məlumata görə, qurbanların
sayı daha çoxdur.

Sosial şəbəkələrdə həbsxananın ərazisində yanğının göründüyü, atışma səslərinin də eşidildiyi bir sıra videolar yayılıb. Həbsxanada iğtişaşın nədən qaynaqlandığı hələlik məlum deyil.

İranın onlarla şəhər və qəsəbəsində nümayişlər çağırılıb Əxlaq Polisi tərəfindən həbs edilən 22 yaşlı Məhsa Əmin adlı qadının ölümündən sonra başlayıb. O, keçən ilin sentyabrında məcburi hicab və digər geyimlərlə bağlı qanunu pozmaqda ittiham edilərək həbs edilib. Hüquq müdafiəçilərinin sözlərinə görə, 22 yaşlı qadın polis tərəfindən döyülməsi nəticəsində dünyasını dəyişib və İran hökuməti hadisəyə səbəb kimi qadının səhhətinin pisləşməsini göstərir.

Artıq bir neçə həftədir ki, aksiyalar davam edir və polis aksiyaları zorakılıqla yatırmağa çalışır ki, bu da bir çox fəalın həyatına son qoyub.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
თეგები: Həpsxana İran ölüm Tehran Yanğın
FaceBook Twitter Google