"Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə
qoyub".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın
Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı
zamanı deyib.
"O ki qaldı ikitərəfli gündəliyimizə, əlbəttə ki, ticarət
dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı
ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşır. Əlbəttə ki,
Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim
əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3
milyard dollardan çox sərmayə qoyub və bu sərmayə qarışılıqlı,
faydalı sərmayədir. Çünki hər iki tərəfin maraqlarına cavab
verir", - dövlət başçısı bildirib.